Dünya

Sosial şəbəkələrdə İŞİD-də dəstək olan qadına hökm oxundu

19-05-2016, 22:19
 Sosial şəbəkələrdə İŞİD-də dəstək olan qadına hökm oxundu
Xeberman.com xəbər verir ki, verdiyi xəbərə görə, "Twitter" və "Whatsapp" şəbəkələrində İŞİD terror təşkilatına dəstək yazıları, eyni zamanda təşkilatın edamlarını əks etdirən foto və videoları paylaşan 32 yaşlı Xəfrin Xadəmə hökm oxunub. Londonun Sheffield Kral Məhkəməsi Xəfrin Xadəmə 4 il həbs cəzası verib. 2015-ci ilin mart-aprel aylarında 15 sosial media hesabı ilə "Twitter"-də İŞİD-ə dəstək xarakterli 20 min 'tvit' paylaşan Xəfrin Xadəm "Cihadçı Şahzadə" ləqəbi ilə tanınıb.

 
O, sosial şəbəkələrdəki dostlarına Suriyaya gedərək 2015-ci ilin noyabr ayında pilotsuz uçan aparata vasitəsilə öldürülmüş və ləqəbi  "Cihadçı Con" olan Məhəmməd Emvazi adlı İŞİD-in tanınmış cəlladı ilə evlənəcəyini söyləyib.
 
 Xəfrin Xadəmin "Kik" adlı sosial şəbəkədən də istifadə edərək İŞİD təbliğatı apardığı qeyd olunub.
 
Mənbə: The Daily Mail.

Administratorla əlaqə

077 611-55-22

[email protected]