Dünya

Putin Ermənistanın “Müdafiə sistemlərinə” daxil edilməsini dəstəkləyib

2-03-2016, 22:02
Putin Ermənistanın “Müdafiə sistemlərinə” daxil edilməsini dəstəkləyib

Rusiya prezidenti Vladimir Putin hökumətin Ermənistan ilə bu ölkənin Belarus tərəfindən yaradılmış "Müdafiə sistemləri” dövlətlərarası maliyyə-sənaye qrupuna daxil edilməsi üzrə danışıqların aparılmasına dair təklifi qəbul edib.

Xeberman.com  RİA Novosti-yə istinadən xəbər verir ki, müvafiq sərəncam çərşənbə günü hüquq informasiyanın rəsmi portalında yerləşdirilib.

"Rusiya hökuməti və Belarus hökuməti arasında "Müdafiə sistemləri” dövlətlərarası maliyyə-sənaye qrupunun yaradılmasına dair razılaşmaya Ermənistan hökumətinin qəbul edilməsinə dair Rusiya hökumətinin təklifi qəbul edilsin”, - sənəddə deyilir.

Qeyd edək ki, "Müdafiə sistemləri” ASC 1996-cı ildə ontruktor büroların təşəbbüs qrupu, elmi-tədqiqat institutları və HƏM obyektlərinin sistem və vasitələrini hazırlayan - silsilə müəssisələr tərəfindən yaradılıb.

Paralel olaraq səhmdar cəmiyyətin əsasında yaradılan Rusiya-Belarus dövlətlərarası maliyyə-sənaye qrupu da fəaliyyət göstərir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]