Dünya

NASA Marsa göndərməyi planlaşdırdığı robotu nümayiş etdirib – VİDEO

18-06-2017, 09:44

Amerika Kosmik Agentliyi və Lindon Conson adına Kosmik Mərkəzin mütəxəssisləri gələcəkdə Marsa göndərilməsi planlaşdırılan “Valkiriya” (Valkyrie) robot-qumanoidinin imkanlarını nümayiş etdiriblər.

Xeberman.com Report-a istinadən xəbər verir ki, yeni robotun sınaq videosu, idarəetmə alqoritmini yaratmış “IHMC Robotics” institutunun “YouTube” kanalına yerləşdirilib.

“Valkiriya” baş, çiyin, qarın və ayaqlarına yerləşdirilmiş təqribən 200 ötürücü ilə təchiz olunub. Onlardan alınan məlumatlar, robota, növbəti addım üçün daha münasib yer seçməkdən ötrü qiymətləndirmə aparmaq imkanı verir.

“Valkiriya”, gözlənildiyi kimi, Qırmızı planetin mənimsənilməsində Marsın ilk müstəmləkəçilərinə kömək edəcək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]