Dünya

ABŞ-ın gizli kosmik təyyarəsi Yerə qayıtdı - Video

7-05-2017, 23:51

ABŞ-ın iki ildir gizli missiya ilə kosmosa yolladığı X-37B OTV-4 orbita təyyarəsi Kanaveral burnunda yerə enib.
ABŞ Hərbi Hava Qüvvələrinin Tvitter hesabında məlumat verilib.

“X-37B OTV-4 orbitdən qayıtdı və Kennedi Kosmik mərkəzinin ərazisində yerə endi. Bu təyyarə 700 gündən çox kosmosda qaldı”, - məlumatda deyilib.

Qeyd edək ki, bir müddət əvvəl Pentaqon X-37B OTV-4-ün bazasında ion mühərrikinin yaradılması istiqamətində təcrübələrin aparıldığı barədə məlumat yaymışdı. // Axar.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]