Dünya

İŞİD İrana qarşı yeni hücum çağırışı etdi

13-06-2017, 10:24

İŞİD terror təşkilatı tərəfdarlarını ABŞ və Avropada Ramazan ayında teraktlar törətməyə çağırıb.

İŞİD adına çağırışı terror təşkilatının üzvü Əbu əl-Həsən əl-Muhacera edib. Sosial şəbəkələrdə yaydığı videosunda Tehran teraktlarını dəyərləndirən terrorçu İranın hörümçək toru qədər zəif olduğunu söyləyib. O, İrana qarşı yeni hücumlara çağırış edib.

Əl-Muhacera həmçinin Rusiya və Avstraliyada da teraktların törədilməsini istəyib. // Axar.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]