Dünya

Rusiyada qızıl yatağında uçqun: Ölən və yaralanan var

23-04-2017, 15:48

Bu gün səhər saatlarında Rusiyanın Çelyabinsk vilayətinin Plastovsk rayonunda qızıl hasilatı şaxtasında baş vermiş uçqun nəticəsində 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Çelyabinsk vilayət Operativ Xidməti məlumat yayıb.

Xəsarət alan şaxtaçının durumu yaxşıdır, həyatı üçün təhlükə yoxdur.

Uçqun 700 m dərinlikdə baş verib. Hadisə yerində 20 mütəxəssis, yanğınsöndürən-xilasedicilər və təcili yardım briqadası cəlb edilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]