Dünya

Ərdoğan "İlin Cəsur Adamı" seçildi

29-12-2015, 22:02
Qırğızıstanın "İskra Plus" qəzeti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı  "İlin Cəsur Adamı" seçib.
  
Avropa.info xəbər verir ki,  qəzetin baş redaktoru və sahibi Adilet Aytikeyev  Ərdoğanın Qırğızıstana və İslam dünyasına verdiyi töhfələrə görə "İlin Cəsur Adamı" seçildiyini deyib. 
 
"Suriyadan qaçaraq Türkiyəyə sığınan iki milyondan çox qaçqın müsəlman var. Bu insanlara yardım əli uzadan Rəcəb Tayyib Ərdoğan, eyni zamanda  İslam dünyasına və Qırğızıstana  verdiyi dəstəklərinə görə, "İlin Cəsur Adamı" mükafatına layiq görüldü", -deyə  Aytikeyev  bildirib.
 
Aytikeyev Ərdoğan ilə fəxr etdiklərini və onun üçün dua etdiklərini də sözlərinə əlavə edib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]