Dünya

Ərdoğan yenə ağladı - TƏFƏRRÜAT -VİDEO

8-05-2016, 18:20

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak etdiyi VIII Beynəlxalq İş Sağlamlığı və Təhlükəsizliyi konfransında göz yaşlarını saxlaya bilməyib.

Xeberman.com  xəbər verir ki, konfransda "analar günü” səbəbiylə kürsüyə dəvət edilən İbrahim Sadrinin söylədiyi "Hoşçakal anne” şeiri Ərdoğanı kövrəldib.

Ərdoğan verdiyi açıqlamasında: "İbrahim Sadri qardaşımızın şeiri hislərimizi yenilədi. Bu şeir bizə, xüsusilə də anaları olmayanlara daha çox təsir etdi. Bilirəm ki, anası bu dünyada olmayan hər kəsin acısı eynidir”- deyə bildirib.

Qeyd edək ki, 9 may Türkiyədə "analar günü” olaraq qeyd edilir.


Ərdoğan yenə ağladı - TƏFƏRRÜAT -VİDEO

Administratorla əlaqə

077 611-55-22

[email protected]