Avto

Pullu avtodayanacaqlar niyə itən əşyalara cavabdeh deyil?

7-09-2016, 23:02
Pullu avtodayanacaqlar niyə itən əşyalara cavabdeh deyil?

Sürücülər ödəniş edib avtomobillərini yeraltı dayanacaqlarda saxlayırlar. Amma onlara verilən qəbzdə yazılır ki, itən əşyalara cavabdeh deyilik. Bakıda bir çox avtomobil parkında bu qayda tətbiq edilir. Bu məsələ sürücülərin narazılığına səbəb olur. Onlar bildirir ki, avtomobil dayancaqda olduğu müddətdə məsuliyyət əraziyə nəzarət edən qurumdadır.

Bu məsələ avtodayanacaqlarda avtomobillər, eləcə də içərisindəki əşyaların toxunulmazlığına görə məsuliyyəti gündəmə gətirir.

Nazirlər Kabinetinin bununla bağlı nümunəvi əsasnaməsində qeyd edilir ki, duracaq və qaraj sahibləri nəqliyyat vasitələrinin toxunulmaz və təhlükəsiz şəraitdə saxlanılmasını təmin etməlidirlər. Yəni əsasnamədə əşyanın itməsi kimi konkretlik yoxdur.

Administratorla əlaqə

077 611-55-22

[email protected]