Xəbərlər

Fikrət Fərəməzoğlunun vəkili Elçin Sadıqov: "Qanuni fəaliyyətimə görə başıma bu cür oyun açırlar"

4-11-2016, 10:26
Fikrət Fərəməzoğlunun vəkili Elçin Sadıqov: "Qanuni fəaliyyətimə görə başıma bu cür oyun açırlar"

Jurnalist Fikrət Fərəməzoğluna qarşı təzyiqlər haqqında məlumatların yayılması Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsini narahat edir və buna görə də belə "iyrənc" məlumatlar yayırlar, onun həyat yoldaşı Faiqə Növrəstə BBC Azərbaycancaya verdiyi müsahibəsində deyib.

Bundan əvvəl bəzi saytlar vəkil Elçin Sadıqovla xanım Növrəstə arasında münasibət olması haqda məlumat yayıb, amma sonradan bu məqalələr yığışdırılıb.

Cənab Sadıqov Fikrət Fərəməzoğlunun həyat yoldaşı ilə onun barəsində yayılan "tamamilə yalan, şər-böhtandan ibarət, qaralayıcı məqalə" və o cümlədən, onun saxta Facebook profillərinin yaradılması faktının araşdırılması üçün hüquq mühafizə orqanlarına müraciət etdiyini deyir.

O iddia edir ki, jurnalistin işi ilə bağlı bəzi rəsmi məlumatları ictimailəşdirdikdən sonra Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində ona "hədə-qorxu gəliblər" və idarənin əməkdaşları barədə məlumat yaymalarının onlara "baha başa" gələcəyini deyib.

Bu "hədə-qorxudan 20 dəqiqə və ya yarım saat keçəndən" sonra onun və jurnalistin həyat yoldaşı barədə şantaj məzmunlu xəbərlər yayılıb, o deyir.

"Bu məsələdə ən son əllərindən gələn xanımın hissiyatına toxunmaq idi, onu da etdilər", xanım Növrəstə onunla vəkil barəsində yayılan xəbəri "mənəvi təzyiq" adlandırıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən hər hansı mövqe almaq mükün olmayıb.

Oyun

Xanım Növrəstə deyir ki, vəkil Elçin Sadıqovu bu ilin avqust ayında, həyat yoldaşı həbs olunduqdan sonra hüquqlarının müdafiəsi üçün hüquq müdafiəçisi axtarışına çıxandan sonra tanıyıb.

Onun sözlərinə görə belə bir "saxta məlumatın" yayılmasına səbəb bir neçə gün əvvəl Fikrət Fərəməzoğluna "işgəncə verən idarə işçiləri" haqqında məlumatın yayılmasıdır.

"Onları yayandan sonra təzyiq etməyə başladılar", xanım onunla vəkil barəsində yayılan məlumat barəsində "danışmaq belə istəmirəm" deyir.

Leyla və Arif Yunus
Image captionElçin Sadıqov bir sıra fəal, o cümlədən Leyla və Arif Yunusların işi üzrə də vəkillik edib

"O demək deyil ki, gəlib məni döysünlər, bu da təzyiqdir, mənəvi təzyiqdir."

Elçin Sadıqov deyir ki, müstəntiq çərşənbə günü, idarənin nəzarət buraxılış məntəqəsində ona "hədə-qorxu" gəlib.

"Mənə müstəntiq dedi ki, mən idarə əməkdaşları barəsində yaydığım məlumat narazılığa səbəb olub və buna görə mənim və Faiqənin başı ağrıyacaq. Bununla bağlı Fikrətin özü ilə də danışacaqlar", vəkil onun qeydiyyatda olduğu Göygöl rayonundakı evlərinə həmin gün polis göndərdiklərini əlavə edib.

Vəkilin sözlərinə görə, polis çərşənbə günü onun qardaşı ilə danışıb və bu gün isə onu "ətraflı anket məlumatları toplamaq üçün" polis idarəsinə aparıblar.

Hüquq müdafiəçisi düşünür ki, onun barəsində yayılan xəbər "məqsədyönlüdür və təhdidlərin nəticəsidir".

"Həmin [xəbəri yayan saytlar] da yazıb ki, bu, haker hücumlarıdır. Bu idarə olunan bir işdir. Burda hansısa müstəqil insanlar yoxdur. Qanuni fəaliyyətimə görə mənim başıma bu cür oyun açırlar", vəkil məsələ ilə bağlı sonuna qədər araşdırma aparılmasını tələb edəcəyini vurğulayır.

Vəkil əlavə edir ki, kibercinayətkarlıqla Baş Prokurorluğa, DİN və Dövlət Təhlükəsizlik Xidmətinə müraciət ünvanlayıb.

Jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlu 2016-cı il iyunun 30-da saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin hədə-qorxu ilə rüşvət tələb etmə maddəsinin müxtəlif bəndləri ilə ittiham irəli sürülüb.

Fikrət FərəməzoğluImage copyrightCOURTESY PHOTO
Image captionFikrət Fərəməzoğlu hədə-qorxu ilə rüşvət tələb etmə maddəsinin müxtəlif bəndləri ilə ittiham olunaraq 2016-cı il iyunun 30-da saxlanılıb

Elçin Sadıqov Leyla və Arif Yunusların işi, Rafiq Tağı, jurnalist Pərviz Həşimli, "Heykəl məhbusları" Qiyas İbrahimov və Bayram Məmmədov, jurnalist Fikrət Fərəməzoğlunun işləri üzrə vəkillik ed

Döyülmə

Digər bir vəkil, Fariz Namazlı da döymə ittihamı ilə bağlı Yasamal rayon Polis İdarəsinin 38-ci polis bölməsinə çağırılıb.

Vəkil ona qarşı irəli sürülən ittihamın bir müddət əvvəl appelyasiya məhkəmsində, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etdiyi məhkəmə prosesində zərərçəkən tərəflə aralarında baş verən qarşıdurma ilə bağlı olduğunu deyir.

"Hakim qismən məhkəmə istintaq keçirilməsi haqda qərar çıxardı və bu da narazılığa səbəb oldu. Bir qrup şəxs mənə hücum etdi. Mənə təpik atmışdılar və bir nəfər boğazımdan tutmuşdu", vəkil baş vermiş hadisənin məhkəmə nəzarətçiləri tərəfindən aktlaşdırıldığını və nəzarət kameraları ilə lentə alındığını qeyd edir.

Onun sözlərinə görə zərəçəkmiş tərəfdən bir qadın hadisədən sonra polisə şikayət edərək vəkilin ona "yumruq vurduğunu" və ekpertizanın rəyinə görə qadına "yüngül xəsarət" yetirməsi haqda məlumat verib.

"Kimin kimə vurması və hərəkətlər hamısı videodadır. Qadın şikayətində özü də etiraf edir ki, hisslərini cilovlaya bilməyib və məni vurub", vəkil də öz növbəsində baş vermiş hadisə ilə bağlı DİN və Baş Prokurorluğa şikayət ərizəsi ilə müraciət etdiyini deyir.

Hüquq müdafiəçisi Fariz Namazlı araşdırmaçı-jurnalist Xədicə İsmayılova, Rəsul Cəfərov, Rasim Əliyevin ölümü ilə bağlı iş, Elgiz Qəhrəman, Nardaran işi kimi proseslərdə vəkillik edib və edir.ib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]