Xəbərlər / Maraqlı

Çinli cütlük öldükdən dörd il sonra övlad sahibi olublar

13-04-2018, 12:38

Çində 2013-cü ölən bir cütlük vəfatlarından əvvəl dondurduqları embriondan övlad sahibi olublar.

Körpə ana-atasının ölümündən dörd il sonra, ötən ilin dekabr ayında dünyaya gəlib.

Ölən cütlüyün ailələri dondurulmuş embriondan nəvələrinin dünyaya gəlməsi üçün bir müddətdir qanuni yollara baş vurublar. Qəzadan indiyədək Çindəki Nanjing xəstəxanasında mühafizə edilən embrionlar bir daşıyıcı anaya köçürülüb və sağlam uşaq dünyaya gəlib.

Mütəxəssislər bu hadisənin tarixdəki ilk nümunə olduğunu bildiriblər. Tiantian adı verilən uşağa ana və atasının ailələri baxacaq. // Oxu.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]