Xəbərlər / Maraqlı

9-cu övladları dünyaya gəldi: Ailə övladlarının sayını 10-a çatdırmaq istəyir - Azərbaycanda - VİDEO

5-06-2017, 11:20

Qurbanovlar ailəsində 9-cu körpə səsi eşidilib. 13 ildir ki evli olan Vüsal və Gülnar Qurbanovlar növbəti övladlarını qucaqlarına alıblar.

Milli.Az bildirir ki, ailənin 4 qız və 4 oğlan övladından sonra Bərdə rayon xəstəxanasında daha bir oğlanları olub. Ata Vüsal Qurbanov öz ailəsinin digərlərinə də nümunə olmasını arzulayır.

Uşaqların anası da 9-cu övladının dünyaya gəlməsinə çox sevinir. Qəhrəman ana daha bir uşaq dünyaya gətirməkdən qorxmur.

Həkimlər həm yeni doğulan körpənin həm də ananın səhhətinin normal olduğunu bildirirlər. Ailə övladlarının sayını 10-a çatdırmaq istəyir. /xezerxeber.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]