Xəbərlər / Maraqlı

İmtahanda uşağını əmizdirən qadın tələbə oldu

12-04-2018, 11:20
İmtahanda uşağını əmizdirən qadın tələbə oldu
Əfqanıstanda bir qadın imtahan zamanı 2 aylıq körpəsini əmizdirmişdi. Müəllimi şəklini çəkib paylaşınca qadın bütün dünyada tanınmışdı.

Gənc qadının bütün xərcləri bir qadın siyasətçi tərəfindən qarşılandı və o, universitetin maliyyə fakültəsinə qəbul edildi. Xatırladaq ki, Əfqanıstanda Cihantab Əhmədi Kabildə universitet imtahanına girdi. Həmin vaxt iki aylıq körpəsi də yanında idi. İmtahan suallarına cavab yazdığı anda isə uşağını da əmizdirirdi. Əhmədi və körpəsinə Əfqanıstan prezidenti ikinci köməkçisi tərəfindən bir ev də kirayələndi. Bu, onun yüksək səviyyədə təhsil ala bilməsi üçün hökumətin yardımı kimi qəbul edildi.

Musavat.com

Administratorla əlaqə

077 611-55-22

[email protected]