Xəbərlər

2-ci və 3-cü qrupa qəbul imtahanlarının nəticələri açıqlandı

16-07-2017, 20:35
2-ci və 3-cü qrupa qəbul imtahanlarının nəticələri açıqlandı
Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qruplarının abituriyentləri üçün iyulun 14-də keçirdiyi qəbul imtahanının nəticələrini elan edib.

DİM-in mətbuat xidmətindən Xeberman.com-a verilən məlumata görə, imtahanda iştirak etmiş abituriyentlər DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və “cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilərlər.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

İmtahanda iştirak etmək üçün ərizə vermiş 34042 abituriyentdən 1097 nəfəri imtahanda iştirak etməmişdir. İmtahanda iştirak edən abituriyentlərdən 33 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunmuş və nəticələri ləğv edilib.

İmtahanda yalnız III ixtisas qrupu üzrə 2 abituriyent (Bakı şəhəri, Nəsimi rayonu 111 saylı orta məktəb və Bakı şəhəri, Suraxanı rayonu 278 saylı orta məktəbin məzunları) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə – 700 bal toplayıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]