Xəbərlər

Səfirimiz sərxoş oldu, pivəxanadan güclə çıxarıldı

31-03-2017, 21:13

Xeberman.com “Ölkə.Az”-a istinadən verdiyi məlumata görə, hadisə Xarkovda fəaliyyət göstərən pivəxanalardan birində baş verib.

Belə ki, səfir Azər Xudiyev, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti, iş adamı Rövşən Tağıyev və AzTV-nin Ukrayna və Şərqi Avropa ölkələri üzrə xüsusi müxbiri Mövsüm Aslanov Xarkovda pivəxanada yeyib-içiblər. Ancaq məkanın sahibi azərbaycanlıları oradan zorla çıxarıb.

Pivəxana sahibi səbəb kimi Azər Xudiyevin, Rövşən Tağıyevin və Mövsüm Aslanovun həddən çox içkili vəziyyətdə olmasını göstərib.

Bu hadisə yaşanan zaman sözügedən pivəxanada bir neçə başqa azərbaycanlı da olub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]