Xəbərlər

erməni anasının məzarını ziyarət etmək üçün Bakıya gəlib

31-03-2017, 17:49

Oxu.Az bu barədə “Moskovski komsomolets”ə istinadən xəbər verir.

Qeyd edək ki, Yuri Sarkisov Azərbaycanda anadan olub. Onun atası erməni, anası isə rusdur. Yurinin bir yaşı olmamış atası ailəni tərk edib, miras olaraq yalnız soyadını qoyub. Bakıda Yuri məktəbi bitirib, sonra orduda xidmət edib, anası Bakıda dəfn edilib. Bundan sonra Yuri İvanoviçin əhvalatında SSRİ-nin süqutu yer alır.

Anasının ölümündən sonra o, bir müddət Bakıda yaşayıb, daha sonra Moskvaya köçüb.
“Hər dəfə məzuniyyətimdə anamın qəbrini ziyarət etmək üçün Bakıya gəlirdim. Sonuncu dəfə anamın məzarını 1984-cü ildə ziyarət etmişəm. Növbəti dəfə ziyarət etmək istəyəndə erməni soyadına görə mənə icazə vermədilər”, – o bildirib.

“Moskovski komsomolets”ə verdiyi müsahibəsində müxtəlif qurumlara anasının qəbirini ziyarət etməyə icazə almaq üçün yazıb, amma cavab almadığını deyib. İki ay əvvəl isə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna məktub yazdığını və vəziyyəti izah etdiyini deyib.

“İki ay əvvəl səfir Polad Bülbüloğluna məktub yazdım. Azərbaycanın Rusiyadakı səfirinin əməkdaşı mənimlə əlaqə saxladı və hansı tarixdə səfər etmək istədiyimi dəqiqləşdirdi. Daha sonra möcüzələr başladı. Mənim üçün Moskvadan Bakıya və əks istiqamətdə təyyarə bileti alındı. Məni səfirlik əməkdaşı müşayiət etdi və gözəl pansionatda yerləşdirildim.

23-26 mart tarixlərində mən özümü uzun müddət gözlənilən qonaq kimi hesab etdim. Anamın məzarını mənimlə birgə Bakı polisi və qəbiristanlıq direktoru axtardı. 5 saat məzarı axtardıq. Anamın qəbrinin təmiz saxlanıldığını və onun üzərində güllərin olduğunu görəndə təəccübləndim.

Yemək zamanı mənim qarşımda üç ofisiant dayanmışdı, mən belə şeylərə alışmamışam”, - Yuri İvanoviç qeyd edib.

Onun sözlərinə görə, 33 illik ayrılıqdan sonra Bakını tanımaq olmur. Şəhər çox müasirləşib və gözəlləşib.

“İnsanlarda eyni münasibəti gördüm, hamı bir-birinə qarşı mehribandır. Milliyyətə və ya soyadına görə ayrı-seçkilik edilmir”, - Yuri İvanoviç vurğulayıb.

Sarkisov Bakının hər zaman beynəlmiləl, dost və qonaqpərvər bir şəhər olduğunu, 33 illik ayrılıqdan sonra doğma şəhərin yenə də belə olduğunu deyib.

“Bu imkan üçün Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluya və onun əməkdaşlarına təşəkkür etmək istəyirəm. Eləcə də Azərbaycan DİN-ə Bakıda göstərdikləri yardıma görə minnətdarlığımı bildirirəm”, - o bəyan edib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]