Xəbərlər / Ölkə

Bakının bir sıra əraziləri təbii qazsız qalacaq – XƏBƏRDARLIQ

20-02-2017, 10:52
Bakının bir sıra əraziləri təbii qazsız qalacaq – XƏBƏRDARLIQ
“Azəriqaz” İstehsalat Birliyindən Xeberman.com -a verilən məlumata görə, görülən işlər zamanı, fevralın 20-də saat 09:00-dan 17:00-dək Abşeron, Binəqədi, Nizami, Nəsimi, Yasamal və Xəzər rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan işlərin Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, eləcə də Xətai rayonunun Sarayeva, Qaçaq Nəbi, Cavanşir, M.Hadi, Seyid Əzim Şirvani, Mehmandarov, Şıxlinski küçələrində, Gəncə prospekti və Zığ yolu ərazilərinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Administratorla əlaqə

077 611-55-22

[email protected]