Xəbərlər / Şou-biznes

Türk musiqiçisi Adelin atasının olduğunu iddia edir – FOTO

24-01-2017, 16:04

Oxu.Az bu barədə Türkiyə KİV-nə istinadla xəbər verir.

52 yaşlı musiqiçi 1987-ci ilin iyulunda Bodrumda istirahət edən bir ingilis qadınla birlikdə gecə keçirdiyini, bu qadının 1988-ci ilin may ayında dünyaya gətirdiyi körpənin məşhur ingilis müğənni Adel olduğunu söyləyib.
“Barmaqları mənim kimi bitişikdir”

Adelin anası Penny Adkins üçün taksi sürücülüyü edərkən onunla tanış olduğunu ifadə edən Mehmet Asar bunları deyib:

“Penny Adkins və dostlarına iki həftə boyunca Bodrumu və Dənizli Pamukkaleni gəzdirdim. Mənə özünü tibb bacısı olaraq təqdim etdi. Bir-birimizi sevdik. İki həftə boyunca birlikdə olduq. Daha sonra tətilini uzatdı, bir aydan sonra İngiltərəyə geri döndü. Daha sonra iki dəfə Bodruma mənim yanıma gəldi, bir ay qaldı. Geri dönərkən məni özü ilə aparmaq istədi. Ancaq mən İngiltərədə deyil, Bodrumda yaşamaq istədiyimi, istəyirsə, burada qala biləcəyini söylədim. Məmləkətinə döndü. Bir neçə dəfə telefonla əlaqə saxladıq. O zaman telefonla əlaqə yaratmaq həm çətin, həm də bahalı idi. Sonra əlaqəmiz kəsildi. Anası ilə birlikdə olduğumuz tarixlə, Adelin doğum tarixləri bir-birinə tam uyğundur”.
Keçən il Adel “Grammy” mükafatını qazanınca maraqlanıb araşdırdığını ifadə edən Mehmet Asar sözlərinə belə davam edib:

“Ailəsinə baxdıqda, anasının illər əvvəl mənim birlikdə olduğum ingilis qadın olduğunu görəndə şok oldum. Sevdiyim qadın Adelin anası idi. İllər keçməsinə baxmayaraq dəyişməmişdi. Daha sonra Adelin hərəkətlərini araşdırdıqda çənə, göz, üz quruluşu, saçları və konsertlər əsnasında sağ əlini qaldırdıqda 3 və 4-cü barmaqlarının bitişik olduğunu gördüm. Daha çox təəccübləndim, çünki mənim də sağ əlimin 3 və 4-cü barmaqları bitişikdir. Eyni zamanda Adelin söylədiyi mahnılarda etdiyi vurğular, mənim söylədiyim əsərlərdəki vurğulara çox bənzəyir, bu da genetik ola bilər”.
“O ildən sonra heç vaxt evlənmədim”

Mehmet Asar taksi sürücülüyündən sonra dövlət məmuru olaraq çalışdığını və Su Məhsulları Araşdırma İnstitutundan təqaüdçü olduqdan sonra sənətçi olaraq işlərinə davam etdiyini bildirib.

O, sözlərinə belə davam edib:

“Adelin anasını tanıdıqdan sonra bu günə qədər heç evlənmədim. İllərim onu ​​düşünməklə keçdi. Bir neçə dəfə telefonla danışdıq. İndi Adelin gerçəkləri öyrənməsini istədiyim üçün bunu açıqlamaq məcburiyyətində qaldım. Adel və anasını Bodruma dəvət edirəm. Gəlsinlər burada tətil etsinlər, tanış olaq. Adelin atası olduğumu düşünürəm, hiss edirəm. Adel istəsə, onun üçün DNT testi belə etdirərəm. Bu mövzuda bildirmək istədiyim ən əhəmiyyətli məsələ odur ki, ondan heç bir gözləntim yoxdur. Mən bodrumluyam, imkanım yerindədir, heç nəyə ehtiyacım yoxdur. Sadəcə, qızımın həqiqətləri bilməsini istəyirəm”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]