Xəbərlər

Şirvanda Polis mayoru vətəndaşı təhqir edərək, həbs etdirdi – VİDEO

15-01-2017, 12:59

Şirvanda Polis mayoru vətəndaşı təhqir edərək, həbs etdirdi – VİDEOOxu.Az avtosfer.az-a istinadən xəbər verir ki, sürücünün yanında olan sərnişin Anar Məmmədovun yaranan mübahisəni telefonla çəkməsi gərginliyə səbəb olub.

Nəticədə mübahisə böyüyüb və polislərin köməyi ilə sürücü və sərnişin Şirvan Polis İdarəsinə gətirilib. Polis Şöbəsinin həyətində isə sərnişin Anar Məmmədov mayor Məmmədsadıq Nağıyev tərəfindən təhqir edilərək döyülüb. Daha sonra həm sürücü, həm də sərnişin müvəqqəti saxlama təcridxanasına salınıb. Aldığımız digər məlumata görə, saxlanılan sürücü Müdafiə Sənayesi Nazirliyinin nəzdində olan Şirvan Telemexanika zavodunun direktoru Usubağa Məmədovun oğludur.

Aşağıda yol polisi mayoru Məmmədsadıq Nağıyevin polis şöbəsində vətəndaşlarla hansı təhqiredici formada danışdığını əks etdirən video görüntünü də təqdim edirik.

Administratorla əlaqə

077 611-55-22

[email protected]