Əsas Səhifə / Ölkə
Bakıda partlayış: yaralanan var
20-12-2015, 13:58
Bu gün Abşeron rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində partlayış olub. Musavat.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, vətəndaşa məxsus ümumi sahəsi 67 kv.m olan 2 otaqlı mənzilin eyvanında qaz balonunun ani partlaması nəticəsində eyvanın pəncərəsi, su qızıdırıcısı və ev əşyaları 2 kv.m sahədə yanıb. Yanğın zamanı əl və üz nahiyyəsindən yanıq xəsarəti almış 1 nəfər yanğınsöndürənlər tərəfindən Təcili Tibbi Yardım Xidmətinə təvhil verilib. Yanğın zamanı eyvanda olan digər qaz balonu təhlükəsiz əraziyə aparılıb, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 14:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.