Əsas Səhifə / Texnologiya

Facebook-da status və foto paylaşanlar azalıb

10-12-2015, 12:51
Facebook-da status və foto paylaşanlar azalıbDünyada ən iri sosial şəbəkə olan Facebook sosial şəbəkəsinin istifadəçiləri artıq daha az kontent yerləşdirir, digər istifadəçilərin statuslarına daha az şərh yazırlar.

Oxu.Az xəbər verir ki, bu barədə “GlobalWebIndex” şirkəti tərəfindən keçirilmiş sorğunun nəticələrinə istinadən “TheWall Street Journal” nəşri yazır.

Sorğunun nəticələrinə əsasən, 2015-ci ilin üçüncü rübündə sosial şəbəkə istifadəçilərinin yalnız 34 faizi öz statusunu yeniləyib, 37 faizi öz fotoşəkillərini paylaşıb. Ötən rüb müvafiq göstəricilər 50 və 59 faiz olub.

Buna baxmayaraq, respondentlərin 65 faizi birinci yarımillikdə hər gün öz səhifəsinə daxil olub, ancaq onların fəaliyyəti başqa səhifələrə baxış və “like” verməklə məhdudlaşıb.

Bundan əvvəl keçirilmiş “Pew Research Center” sorğusunun nəticələrinə görə, 2010-cu ildən 2013-cü ilədək hər gün statuslarını yeniləyən istifadəçilərin sayı 14 faizdən 10 faizədək, bir neçə həftə ərzində statuslarını yeniləyənlərin sayı isə 61 faizdən 47 faizədək azalıb.

Şirkətin nümayəndələri problemin mövcudluğunu inkar edir, ancaq cari ildə Facebook maraq yaradan və müzakirə mövzusuna çevrilə bilən müxtəlif xatırlatmalar yerləşdirməyə başlayıb, bu bayramlar, sevimli idman komandasının oyunu, yeni teleserialların çıxması və ya ölkədə, eləcə də dünyada baş verən maraqlı hadisələr haqqında bildirişlər ola bilər.

Belə xatırlatmalar test rejimindədir və əla nəticələr nümayiş etdirdiyini bildirən Facebook nümayəndəsi, təfərrüatları bildirməkdən imtina edib.

Analitiklər istifadəçilərin aktivliyi ilə bağlı məlumat çatışmazlığını qeyd ediblər. Üç aylıq dərc edilən “cəlb olunma” (engagement) göstəricisi yalnız gündəlik öz səhifələrinə daxil olan istifadəçilərin payını göstərir, ancaq onların nə ilə məşğul olduğu haqda məlumat paylaşmır.

Bir neçə il əvvəl Facebook daha ətraflı statistika dərc edirdi, amma 2012-ci ildə “IPO”-dan sonra bunu dayandırıb.

Ekspertlər istifadəçilər tərəfindən kontentin yaradılmamasını, əsas gəlirini reklam ismarıclarının göstərilməsindən əldə edən sosial şəbəkə üçün böyük problem olmadığını vurğulayıblar.

“Amma uzunmüddətli perspektivdə bu tendensiya qalarsa, Facebook darıxdırıcı görünə bilər”, - “GlobalWebIndex”-in analitiki Ceyson Mender bildirib.

WSJ tərəfindən aparılan sorğuda iştirak edən analitiklərin konsens-proqnoza müvafiq olaraq, Facebook-un gəliri 36% artıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]