Əsas Səhifə / Texnologiya

Kompüterlər gizli formada audio-siqnallar vasitəsilə ünsiyyətdə ola bilərlər

31-01-2014, 22:24


Güman etmək olar ki, kompüterinizi təhlükələrdən qorumaq üçün ən yaxşı vasitə onun bütün şəbəkələrdən (simsiz, lokal, şəbəkə kartl və ya İnternet) ayırmaqdır. Buna baxmayaraq, Fraunhofer Institute for Communication, Information Processing and Ergonomics (FKIE) adlı alman institutunun araşdırmaları zərərli proqramın "hava yolu ilə" ötürülməsi imkanını nümayiş etdirib.

Michael Hanspach və Michael Goetz adlı kompüter alimləri sübut etdilər ki, kompüterlər adi səs diapazonunda eşidilə bilməyən gizli şəbəkələr yarada bilərlər.

Sınaqda Michael Hanspach və Michael Goetz kompüterlərin ultrasəslə bir-birilə necə bağlanmasını və məlumat mübadiləsi aparmasını araşdırıblar. Meş şəbəkədə kompüterlər mərkəzi ötürmə nöqtəsinə və ya ruterə bağlı olmayıb. Alimlər demək olar ki, ultrasəs tezlik diapazonunu seçdilər. Sınağın nəticələri: kompüterlər bir-birilə üzərində olan dinamik və mikrofonla 20 m məsafədə ünsiyyət saxlayıblar.

Bu hələ hamısı deyildi: sınaqda 5 kompüter iştirak edirdi və daimi internetə qoşulan kompüterlərdən biri "kənardan" siqnal qəbul etməyincə öz aralarında siqnalı ötürürdülər. Michael Hanspach-in dediyinə görə bu "ünsiyyət" smartfonlar və planşetlər arasında da baş verə bilər.

Noutbuklar və kompüterlər öz daxili dinamikləri və mikrofonları ilə ünsiyyət saxlaya bilərlər və hətta gizli akustik meş şəbəkə formalaşdırırlar.


Tədqiqatçılar iki Lenovo T400 arasında məlumat ötürülməsi üçün (ancaq onların üzərində olan dinamik və mikrofondan istifadə etməklə) eşidilməyən səslərdən istifadə etməklə bir neçə metod hazırlayıblar. Ən effektiv metod əvvəlcə məlumatların suyun altında akustik ötürülməsi üçün araşdırılan proqram təminatına əsaslanma oldu.

Araşdırma işlərinə əsasən akustik kommunikasiya üzərində qurulan şəbəkələr daha sürətli məlumat ötürmə metodlarının olduğu üçün çox nadir hallarda istifadə olunur. Lakin akustik şəbəkələr ultrasəs vasitəsilə suyun altında məlumat ötürülməsi üçün öz yararlığını sübut etdi. Texnologiya ancaq bir çatışmazlığa malikdir - ötürmə sürəti hələlik saniyədə 20 bitdir.

Çox zəif ötürmə imkanı video və ya digər böyük həcmli informasiya ötürülməsini imkansız edir. Tədqiqatçıların fikrincə təcavüzkarlar bu çatışmazlığı ancaq müəyyən növ məlumatların ötürülməsini təmin etməklə (giriş üçün hesab məlumatları) dəf edə bilərlər.

Mənbə:iKTXəbər.net
Teqlər:
kompüter, şəbəkə

Administratorla əlaqə

077 611-55-22

[email protected]