Əsas Səhifə / Kriminal

Penitensiar müəssisələrə mobil telefon və narkotik vasitə keçirilməsinin qarşısı alınıb

14-08-2016, 14:47

Penitensiar müəssisələrə mobil telefon və narkotik vasitə keçirilməsinin qarşısı alınıbBu barədə Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Xeberman.com -a bildirilib.

Həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 263.1.1 maddəsi ilə 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilmiş, 14 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Ağasəfli Mərhəmət Heydər oğlunun yanına qısamüddətli görüşə gələn qohumu Göyüşov Ramal Ağalar oğlunun üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman məhkuma gizli yolla ötürmək istədiyi 1 ədəd içərisində danışıq kartı olmayan mobil telefon, ayrı saxlanılmış 4 ədəd telefon sim kartı aşkar edilərək götürülüb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Baş idarəsinin və 1 saylı Cəzaçəkmə Müəssisəsinin əməliyyat aparatlarının birgə tədbiri nəticəsində isə müəssisəyə narkotik vasitələrin və psixotrop maddələrin ötürülməsi cəhdinin qarşısı alınıb.

Həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 1 saylı cəzaçəkmə müəssisəsində saxlanılan, Cinayət Məcəlləsinin 234.4.2, 93.1.4, 67.1, 234.2-ci maddələri ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilmiş Abdullayev Sahib Əbdüləli oğlunun yanına uzunmüddətli görüşə gəlmiş həyat yoldaşı Abdullayeva Tahirə Əkbər qızının gətirdiyi əşyalara baxış keçirilən zaman 13 ədəd tramadol dərmanı, narkotik vasitələr - 2.72 qram marixuana, 0.389 qram heroin və tibbi şpris aşkar edilərək götürülüb.

Həyata keçirilmiş daha bir axtarış-baxış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilmiş, barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş Davudov Rövşən Hədis oğlu Bakı İstintaq Təcridxanasına qəbul olunan zaman üzərinə baxış keçirilərkən onun düz bağırsağında gizlətdiyi 1 ədəd şəffaf sellofan bükülüdə 0,156 q heroin aşkar edilərək götürülüb. 

Toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti istintaq orqanlarına göndərilib. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]