Əsas Səhifə / Ölkə

Şahdağda London qiymətinə istirahət - FOTOLAR

20-11-2015, 19:19
Şahdağda London qiymətinə istirahət - FOTOLAR

Tələbə Ceyhun Məmmədli turizm şirkətlərindən birinin elanına baxıb deyir ki, təklif olunan qiymətlərin heç birinə pulu çatmır. Heç yerli şirkətlərin Qubaya təklif elədiyi ucuz turlara da. Getməyinə Qubaya gedəcək, ancaq istirahət yerinə yox, Qubadakı evlərinə:

“Biz tərəflərdə bir-iki dəfə qar da yağıb. Yəqin Yeni İlə əməlli-başlı yağar. Qartopu oynayaram, sonra da sobanın dibində əllərimi isidərəm. Bu da olar qış turizmim”.

Ceyhun deyir ki, keçən qış tələbə yoldaşları ilə yığışıb Gürcüstanın qış turizm kurortlarından olan Bakurianiyə gediblər: “Adambaşına bir həftəyə 300 manat xərcimiz çıxdı. Yemək də verirdilər, əyləncə, xizək, kanat da vardı. Ancaq bu il keçən ilki imkanım yoxdur”.

Londona 670 manat, Qusara isə...

Yerli turizm şirkətləri Yeni ili və qış istirahətini keçirmək istəyənlərə ölkə içində və xaricdə bir-birindən fərqli qiymətlərə dincəlmək təklif eləyir.

Qiymətlərə baxanda ölkə içində bahalığa görə birinci yeri bir neçə ildir Qusarda açılmış Şahdağ turizm mərkəzi tutur.
qaynar.info

Administratorla əlaqə

077 611-55-22

[email protected]