Əsas Səhifə / Xəbərlər

Cəzaçəkmə müəssisələrində Amnistiya Qərarının icrası davam edir

13-07-2016, 21:49

 Cəzaçəkmə müəssisələrində  Amnistiya Qərarının icrası davam edir
Azərbaycanda Amnistiya aktının şamil olunduğu şəxslərin sayı açıqlanıb.

Pentensiar Xidmətdən  Xeberman.com -a verilən məlumata görə, Amnistiya aktı bu günə kimi cəzaçəkmə müəssisələrində saxlanılan 2000-dən çox şəxsə şamil edilib.

Onlardan 33 nəfəri xarici ölkə vətəndaşıdır.

Çəzaçəkmə müəssisələrindən azadlığa çıxan məhkumlardan 43 nəfəri qadındır. Qurumdan bildirilib ki, Amnistiya aktının icrası davam edir.

Qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə 28 May Respublika Günü münasibətilə Milli Məclis mayın 20-də Amnistiya aktı qəbul edib. Aktın icrasına iyunun 15-də başlanılıb.

Amnistiyanın ümumilikdə 10 minə yaxın məhkuma şamil olunacağı gözlənilir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]