Siyasət

Əfv müraciətinə bu tarixdə baxılacaq – RƏSMİ

18-05-2016, 05:44
Əfv müraciətinə bu tarixdə baxılacaq – RƏSMİMilli Məclisin növbəti iclası mayın 20-də keçiriləcək.
 
Bu barədə bu gün MM-in plenar iclasında birinci vitse-spiker Ziyafət Əsgərov bildirib.
 
İclasda millət vəkili Mehriban Əliyevanın MM-ə "Aministiya aktı haqqında" qanun layihəsinin qəbul olunması ilə bağlı müraciəti müzakirəyə çıxarılacaq.
 
Xatırladaq ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva 28 May - Respublika günü münasibəti ilə "Amnistiya aktı" haqqında qanun layihəsinin qəbul olunması ilə bağlı Milli Məclisə müraciət edib.
 
Layihədə Amnistiya aktının 10 minə qədər insanı əhatə etməsi, o cümlədən 3500 nəfərin məhkumluqdan azad edilməsi nəzərdə tutulur.
 
Bu, Mehriban Əliyevanın dördüncü amnistiya təşəbbüsüdür.

Administratorla əlaqə

077 611-55-22

[email protected]