Əsas Səhifə / Gündəm

Ölkədə internet fəlakəti - elektron media iflic olub - YENİLƏNİB

16-11-2015, 18:31
Ölkədə internet fəlakəti - elektron media iflic olub - YENİLƏNİB

Bu gün saat 16 radələrində Azərbaycanda İnternet rabitəsi əvvəlcə kəsilib, sonra isə məhdud bir şəkildə bərpa edilib.

Bu səbəbdən elektron media kateqoriyasına daxil olan yüzlərlə saytın onlayn qaydada işi iflic olub: yeni xəbərlərin sayta yerləşdirilməsi dayanıb, beynəlxalq media qurumlarından operativ xəbərlərin izlənməsi kəsilib. Bundan başqa, mobil operatorlar fəaliyyəti zəifləyib, ölkələraarası yazışmalar aparmaq mümkün olmayıb, yüz minlərlə insanın internet üzərindən qurduqları ünsiyyət məhdudlaşıb.

Xəbər verilir ki, banklarda, hava limanında, iri şirkətlərin fəaliyyətində problemlər yaranıb, onlayn satışlar tamamilə dayanıb.
Əldə olunan məlumata görə, internetin kəsilməsinə səbəb Azərbaycana internet verən DELTA Telecom-un datacenter-ində baş verən yanğındır. Server otağında olan yanğına görə bu problem yaranıb. Bu barədə hadisə yerində olan yanğınsöndürənlər məlumat verib.
Yanğının baş verməsi barədə yayılan xəbərlər Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmiləri tərəfindən təsdiqlənib.
Qeyd olunur ki, yanan serverlərin təzələnməsi bir neçə gün çəkəcək. Ehtimal var ki, bir neçə gün Azərbaycan ərazisində internet zəif və çox zəif olacaq.
Hələlik heç bir rəsmi məlumat yaymayıblar.

Bəzi ekspertlərsə hesab edir ki, baş verən internet fəlakəti Azərbaycana qarşı xaricdən olan təxribatdır. Lakin bu cür versiyaları rəsmi şəkildə təsdiq edən heç bir mənbə olmadı.

Qəzet çapa gedəndə, Azərbaycandakı misli görünməyən internet fəlakəti davam edirdi.

Musavat.com

Administratorla əlaqə

077 611-55-22

[email protected]