Əsas Səhifə / Siyasət

Azərbaycanın dostu İsrailə başsağlıqı

9-06-2016, 21:57
Azərbaycanın dostu İsrailə başsağlıqı
Ümumiyyətcə heç bir əxlaqa sığmayan hərəkətdir bu. Və əlbəttə, ən acısıda odur ki, həmişə olduğu kimi əməllərinə görə günahı müsəlmanların üzərinə atdırlar. Bizim bildiyimiz İslamda bu yolverilməzdir. Kim QURAN oxuyursa, kim İSLAMIN mahiyyətlərini həqiqətən doğru bilirsə, o, İslam dininin zorakılığı qəbul etmir və heç hansı bir şəkildə bunu qəbul etmir. heç bir mömin müsəlman, dinindən asılı olmayaraq qadın və ya uşaq öldürmür İslamda. İslam, ən sülhsevər dindir! Kim terrorla insanların öldürülməsinə İslam deyirsə, bu İslam deyil! Terrorun adını İslam qoyublar və mən bir müsəlman kimi şiddətlə qınayıram. Əgər bu həqiqətəndə islamdırsa, o zaman mən belə bir din tanımıram. Şükürlər olsun Allaha ki, mən İslamı gözəl tərəfdən tanıyıram. İslam bir Əxlaqdır, İslam Tərbiyədir. İslam İnsan ruhunun zənginliyi deməkdir. Terror törədərək günahsız insanları öldürmək Müsəlmanlıq deyil. Bu heç Radikallıqda deyil. Əfsuslar olsun ki, dahi güclər tərəfindən maliyyələşən bu terrorist qruplarını bir çox insanlar İslam yolu kimi qəbul edir lakin bu belə deyil. Azərbaycan ilə İsrailinin keçmişə dayanan sarsılmaz bir dostluğu vardır. Bunu elə yaxın tarixdəndə görmək olar. Ümumiyyətə Azərbaycan öz dostunu Qarabağ müharibəsində tanıdı. Onada görə, Azərbaycan unutmamalıdır ki, Qondarma DQR tanıyan məs Fələstindir. Lakin, bir çoxumuz bunu bilməzdən gələrək İsrail kimi dostu silib, fələstinə can yandırırıq. Amma əslində, Fələstin və DQR ilə heç bir fərq yoxdur. Mən bir azərbaycanlı olaraq fələstini qəbul etmirəm və hesab etmirəm ki, İsrail fələstin xalqına öz ərazisinin heç bir hissəsini verməməlidir. Azərbaycan və İsrailin dostluğu üçün əsrlər göz qabağındadır, heç kəs də ölkələrimizin münasibətlərini korlaya bilməyəcəklər. Təkrar olaraq, ölənlərin və onların ailələrinə bir daha başsağlığı verirəm, həmçinin İsrail vətəndaşı olan Azərbaycanlı xanım bu terrorda həlak olmuşdur.Ümid Partiyasının Suraxanı RŞ sədri Rəşad Əlizadə

Allah Rəhmət etsin

Administratorla əlaqə

077 611-55-22

[email protected]