Əsas Səhifə / Yazarlar

Sağikən geydiyim Kəfən..........

30-03-2014, 21:26

qəribəydi---nə olub görəsən?,--deyə ürəyini üzürdü---rəfiqısi qonşu otaqdan səsinə gəlmişdi:
--nə olub Ayka?,niyə qışqırdın? saatdan xəbərin var?
--neçədir ki?
--sübhə yaxınlaşır-------4 dür
--bütün günü, gecəni oxumusan, gec yatmısan, yuxusuzlukdan bu hala düşmüsən--uzan uykunu al, səhər imtahanda halsız olarsan..
uzandısa da gözünə yuxu getmədi, saat 8 olar -olmaz qalxdı? heç nə keçmədi boğazından,hazırlaşıb Universitetə getməli idi..evdən çıxanda rəfiqəsinin sözləri elə bil onu uykudan ayıltdı--Ayka əlindəki kitaba qədər ağ geyinmisən,elə bil ölmüsən ay qız,-bir az rəngli geyin də!!!!!!!diqqətlə özünə baxdı , büsbütün ağ geyinmişdi kitabı da ,əlindəki kitabı da ağ rəngdəydi------evdən cıxdı,ele bil ayaqları getmirdi,imtahandan qorxmuram, həm də tam hazıram,bəs niyə üreyim narahatdır,niyə getmək istəmirəm?
Universitetin qapısında qrup yoldaşı onu qarşıladı--necəsən?bənizin niyə solub?--yuxusuzlukdandır yəqin.................
amma nese gözümə birtəhər dəyirsən,nə olub axı?--cavabı yox idi
kafedraya qalxdılar-imtahanın başlamasına hələ çox qalmışdı....oturub kitabı vərəqləməyə başladılar
kafedra mudirinin qrup yoldaşını çağırdığını dedilər,oğlan getdi, amma bir xeyli keçdi otağa dönmədi,bir azdan laborantlardan biri gəldi ki, sizi də kafedra müdiri çağırır--görəsən nə olub axı?kolidorda anasının qohumunu gördü, bu Universitetin 1- ci kursunda oxuyurdu--salamlaşdılar,-sən xeyir ola burdasan, imtahanın yoxdur?-oğlan cavab vermədi-o kafedra müdirinin otağına daxil oldu......
-Qızım,sən bütün semestri əla oxumusan- elə Elman da ...sizə imtahandan əla yazıram və gələn iki imtahandan da azad edirəm....yığış get kəndə ,səni gözləyirlər.......
O, bilmirdi sevinsin, ya kədərlənsin,anlamırdı söhbət nədən gedir? niyə,deyə sormağa da cəsarət etmirdi-amma Urəyindəki narahatçılığın da bu səbəbdən olduğunu anlayırdı............
Otaqdan çıxdı--Elmanın qızarmış,dolmuş gözləri nəzərindən qacmadı---Ayka yığış gedək,mən də gedirəm sizinlə............Səxavət bizi gözləyir...
---axı nə olub?
Səxavət də söhbətə qarışdı--mənim imtahanıma hələ 3 gun var cəld olun çatmalıyıq..........ne eşitdiyinı anlamırdı ya da anlamq istemirdi.......
.--ne olub?
----heç, Atan bir az xəstədi--səhər mənə zəng etdilər--Urəyi səni istəyir.......
artiq bu an daxilində nəyinsə qırıldığını və o nəsə onu ayaqda durmağa imkan vermiridi,yoldaşları onu yıxılmağa qoymadılar amma,ürəyi artıq yıxılmışdı...
--..dözümlü ol,çatmalıyıq
hərə öz evinə tələsirdi, sözləşdilər ki, saat -11 -də vağzalda görüşsünlər,Elman onu tək qoymadı,evdəkilələrə zəng etdi ki gedir rayona
--Imtahan nə tez bitdi? niye ağlayırsan ki? nə olub ay qız?-deyə rəfiqəsi sual yağışına tutmuşdu onu.........
--kəndə gedirəm Atam xəstədi--dedi və özü-özünə inandırdı ki, həqiqətən də xəstədir-mən gedəcem sağalacaq--uşaq kimi özü- özünü aldadırdı
kəndə yola düşdülər--yol boyu dinə bilmirdi-gözünün qarşısına kədərli səhnələr gəlirdi, gözündəki yaş elə bil dəniz suyu idi tükənmirdi-Urəyi elə hey tələsirdi--anam,anama nəsə olub..........axı Atam heç vaxt xəstələnməyib?məni aldadırlar.......
kəndə çatdılar artıq,yenə həmin qüvvə ayaqlarından tutub geri çıkirdi-elə bil onu, evə getməyə qoymurdu..qapəlarənən yanənda maşın saxladı,özünü bayıra atdı,çayı necə keçdi hiss etmədən suyun içiylə-- əmisi ağlayaraq üstünə gəldi---balam sakin ol,qorxma sakin ol---berk berk qucaqladı bagrına basdı--əmi burax məni deyə qışqırdı.........
həyət adamla dolu idi--onu görcək ayağa qalxdılar, hamı gözünü elə zilləmişdi ki, elə bil qorxulu bir kinoya baxırdilar..pilləkanlarda oturan qadınlar ona sarıldılar--kiminsə səsi aydınca eşidilirdi--iynə hazırlayın,sakinləşdirici--mütləq
-Anam hanı, Anamı isteyirım-hardadı Anam, deyə qışqırırdı, elə bilirdi ki, Anasina nəsə olub-sesi titreyirdi qorxudan--axı Atası heç vaxt xəstələnməmişdi-bacısı ona sarıldı,anası da gəldi----gedək Atam seni gozləyir--dün avtobusun qarşısına çıxdı--bəlkə qızım gələr---- deyə--mama da dedi ki,hələ imtahanın var---amma bax ,atam seni gözləyir-gecə saat 4 də ....sonrasını hiss etmirdi---atası evin ortasında ağa bürünmüşdü--əllərindən doyunca öpdü--üzünü görməyə ürəyi dözmədi-əllərindəki qabarlar şişmişdi-əlri buz kimi olmuşdu-susurdu heç nə deyə bilmirdi--özündə deyildi və həyatı-bir film kimi axıb gedirdi---o istər istəməz dözürdü--evin böyüyü idi-sınmağa hakkı da yox idi-atasını çiyninə qaldırdı hamı kimi-baçısi da yanında idi-qrup yoldaşı da qardaşı kimi dəstək oldu onlara--dün həsrətlə yolunu gözləyən Atasını bu gün əbədiyyata yolçu edirdi-----həyat, sən niyə bu qədər qəddarsan?-niyə bəzən en çətin anlarımızda-canımızdan can ayrılan anlarımızda bizi mərd olmağa, əyilməz olmağa məcbur edirsən?
Atasını torpağa qouduğu andan bilirdi ki,O,təkdir artıq-və həyatı da Atasız yaşamağın nə olduğunu elə ilk anlardan hiss etmişdi-heç ağlamırdı ağlasa da, gizlində-çünki, O,möhkəm olmalıydı, çünki, O, artiq ailədə böyük idi, ailəyə cavabdeh idi......bilirdi ki ciyinlərində çox agır yüklər var,amma dözürdü..........
ertesi gün Atasının qəbrinə ziyarətə getdi-------əlləriylə torpağı əzizləyirdi amma, inanmırdı ki, Torpağın altında onun ən qiymətlisi yatır,ən dəyərli insan onu tərk etdi-yenə ağlamırdı-əmisi özünü saxlaya biməyib hönkür-hönkür ağlasa da, onun hakkı yoxdu ağlamağa..............


Aytən Səfərova

Administratorla əlaqə

077 611-55-22

[email protected]