Əsas Səhifə / İdman

“O, tutduğu vəzifəni tərk etməlidir”.

2-03-2016, 19:01

“O, tutduğu vəzifəni tərk etməlidir”.

Argentina yığmasının sabiq futbolçusu Dieqo Maradona Canni İnfantinonun Beynəlxalq Futbol Federasiyasının (FİFA) rəhbəri seçilmsinə mənfi reaksiya verib.

Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə "Football Italia” məlumat yayıb.

"İnfantino – satqındır və o, vəzifəsini tərk etməlidir, FİFA-ya qarşı işə xitam verilməyib. O, hər şeydə Mişel Platiniyə, Yozef Blatterə yardım edirdi və heç nə bilmirdi? Əgər bu həqiqətən belədirsə, o ya axmaqdır, ya da ki qoca”, - Maradona bildirib.  

Argentina yığmasının sabiq futbolçusunun sözlərinə görə, İnfantino FİFA-ya öz müdürü Platini müdafiə etmək üçün rəhbərlik edir.

Qeyd edək ki, fevral ayını 26-da FİFA Konqressində seçkilərin ikinci tuturunda İnfantinoya 207 ölkədən 115-i səs verib, bu isə yekun qələbə üçün yetərli olub. İsveçrəli təşkilata qarşıdakı dörd il rəhbərlik edəcək.

Turqut Məmmədov

Administratorla əlaqə

077 611-55-22

[email protected]