Əsas Səhifə / Siyasət

Onlarla terrorçu Suriyanın ordu qüvvələrinə təslim olub

15-02-2014, 22:32

''Xeberman.com''Tehran Radiosu' istinadən məlumat verir ki,Əl-Aləm telekanalının məlumatına görə, təqribən yetmiş terrorçu dünən bu ölkənin mərkəzində yerləşən Hums şəhərində özünü silahla bərabər bu ölkənin ordu qüvvələrinə təslim edib.
Həmçinin Suriyanın qərbində Əl-Dərimsa şəhərinin sakinləri və bu ölkə ordusunun Həma beynəlxalq şose yolunda qurduqları pusqu nəticəsində Cibhətunnəsrə terror qrupunun bir qrup üzvü öldürülüb.
Suriyanın cənubunda yerləşən Yəbrud şəhərinin Əl-Qələmun məntəqəsində bu ölkə ordusunun terrorçu qruplarla toqquşmaları davam edir və ordu qüvvələri Yəbrud şəhərinə gedib çıxan Zuhr-əl-Əqəbə yüksəkliklərinə yiyələniblər.
Suriyanın şimalındakı Hələb şəhərində də bu ölkənin ordu qüvvələri bir terror qrupunun Hələb vilayətinin Əl-Qəsr-əl-Ədli məntəqəsinə daxil olmaq üzrə səylərini nakam qoyaraq, onlardan bir çoxunu öldürüblər.

Administratorla əlaqə

077 611-55-22

[email protected]