Əsas Səhifə / Gündəm

Bakı Slavyan Universitetində Elektron hökümət Portalının seminarı keçirildi.

8-04-2015, 05:46
Bakı Slavyan Universitetində  Elektron  hökümət  Portalının seminarı keçirildi.
Bakı Slavyan Universitetində Elektron hökümət Portalının seminarı keçirildi.
Bu gün Bakı Slavyan Universiteti “İnnovasiya və Texnologiya üzrə rektor müşavirliyinin və "Elektron Hökumət" portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) təşkilatçılğı ilə "Elektron hökumət və gənclər" adlı seminarı keçirildi.
Keçirilən seminarda MHM-nin və MSXM-in müdiri Mailov Arif və MHM-in şöbə müdiri İlqar Abdullayev tərəfindən Elektron Hökumətin infrastrukturu, e-xidmətlər, e-arayışlar, dövlət reyestrləri və açıq hökumət məlumatları haqda prezentasiya üzrə geniş məlumat verildi.
Sözü gedən seminarda həmçinin gənclərin maraq dairəsində olacaq məsələlərə də toxunuldu. Seminar məruzəçiləri qeyd etdi ki, portal üzərindən təqdim olunan bir çox elektron xidmətlər gənclərin yeniliyə tez uyğunlaşması, elektron xidmətlərdən mütəmadi istifadə etməsi, özləri üçün faydalı olmaqla yanaşı, cəmiyyətin elektronlaşmasına da müsbət təsir göstərəcək.
Seminar məruzəçilər və BSU tələbələrinin müzakirəsi ilə yadda qaldı. Üç aktiv tələbəbələrdən biri pul mükafatı, digərləri isə hədiyyə ilə mükafatlandırıldı.
Qeyd edək ki, seminarda “İKT və Reklam” üzrə Rektor Müşavirliyinin tələbələri iştirak edib.

Elşən Yəhyayev.

Administratorla əlaqə

077 611-55-22

[email protected]