Əsas Səhifə / Media

Qovuşmaq ümidi ilə..

12-02-2014, 08:07

Fani dünyadakı son günlərində, Təbrizdə müayinədəykən artıq hər şeyin çox gec olduğunu anladıqdan sonra Sənə xitabən: “Sənə bir şey olsa, mən də özümü öldürüb yanına gələrəm”, demişdim. Sən isə bu sözlərimə çox əsəbiləşib acıqlanmışdın mənə.

Canım Anam, gör necə alçağam ki, hələ də sənsiz yaşayıram. “Sənsiz ölərəm” demişdim. Rahat uyu, ölə bilmədim, özümə verdiyim sözü tuta bilmədim. Cismən bu lənətə gəlmiş dünyada olsam da, ruhən yanındayam. Bu gün isə sənin ad günündü. Ad gününü ilk dəfə olaraq sənsiz qeyd edirəm… Doğum günündə yanına gələ bilməsəm də, məzarını ziyarətə gəldim. Bu günü sənsiz, özü də məzarın üstə qeyd etmək çox çətindir, çooox…

Ad günün mübarək, Anacan! Əgər buna “mübarək” demək olarsa…

P.S. Bilirsən, məni bu dünyada yaşadan nədir? Nə vaxtsa sənə qovuşmaq ümidi… Qovuşmaq ümidi ilə…


Sultan Hakim

Administratorla əlaqə

077 611-55-22

[email protected]