Ölkə

Nardaranlı əsgərin atasına məktubu: "Şəhid olsam qoyma anam ağlasın. Ona deyərsən ki..."

7-04-2016, 14:29

Xeberman.com xəbər verir ki, Nardaranlı Hüseyin Əlizadə cəbhədən atasına məktub göndərib. Məktubda hər şeyin yaxşı olduğunu qeyd edən əsgərimiz şəhidlik arzusunda olduğunu qeyd edib. Xeberman.com məktubu sizə təqdim edir.


Nardaranlı Hüseyin Əlizadənin Cəbhədən Atasına Göndərdiyi Məktub !

Canım Anam Və Atam Allahın Salamı olsun Sizə. Necəsiz Samatçılıqdı? Nardaranda Vəziyyət Necədir? Kənd üçün çox darıxmışam. Canım Anam məndən nigaran qalmayın. Hər şey əladı. Əsgərlərimiz dua edir ki əmir gəlsin.  Day bir şey qalmayıb. Düşmən qorxur qaçır. Hə birdə deyim ki mənlə bir yerdə 4 Nardaranlı uşaq cəhbədəyik. Birdə qonşu kəndən Maştağadan var. Bütün əsgərlər can deyib can eşidirik. Hə canım atam bilirəm ki, məni şəhid görmək istəyirsən. Sənin başını uca edəcəm həmişə. Şəhid olsam qoyma anam ağlasın. Ona deyərsən ki, İmam Hüseyin (ə) Kərbəlada 6 Aylıq oğlundan keçdi İnşallah hər şey yaxşı olacaq. Ləbbeyk Ya Hüseyin

Hörmətlə:  Əsgər Əlizadə Hüseyin!

 

 


 
Nardaranlı əsgərin atasına məktubu: "Şəhid olsam qoyma anam ağlasın. Ona deyərsən ki..."

Administratorla əlaqə

077 611-55-22

[email protected]