Əsas Səhifə / İslam

Gəlin İsmail (ə) olaq (Məqalə)

24-01-2016, 08:40
Gəlin İsmail (ə) olaq (Məqalə)Gəlin Adəm (ə) olaq! Tərk etdiyimiz xeyir bir əmələ illər boyu heyifslənək. Gəlin İdris olaq. İnsanlara elm öyrədən, onları cəhalətdən azad edən bir qüvvəyə çevrilək. Və beləliklə İdris (ə) – (tədris edən) olaq. Gəlin Nuh (ə) olaq. Həyat gəmimizə, əqidə və iman baxımından həmrəy olanları cəm edək. Təkcə özümüzün deyil, digərlərinin də günahlarına ağlayaq və onların bağışlanmasını istəyək və Nuh (ə) - (ağlayan) olaq. Gəlin, Hud (ə) olaq. İnsanları hidayət edən bir çıraq olaq ta ki, Hud (hidayət edən) olaq. Gəlin, İbrahim (ə) olaq. Oda atılmaq bahasına da olsa həqiqəti deyək. Gəlin Onun (ə) kimi qonaqpərvər olaq. İnsanlara qarşı mehriban olaq ki, İbrahim (ə) – (mehriban ata) ola bilək. Başımıza gələn müsibətlərə səbr edən vüqarlı bir mömin olaq və nəhayət "Xəlilullah” ola bilmə yolunda səy edək. Gəlin İsmail (ə) olaq. Allah yolunda çalışanların xidmətində duran, bir xidmətçi olaq. Allah yolunda boynumuzda lazım olsa uzadaq, müti bir bəndə kimi təslim olaq. Başımıza gələn acı hadisələri, qəlbimizin dərinliklərində Allah ilə həll edək və bu yolla İsmail (ə) (Allah eşidir) olaq. Gəlin İshaq (ə) olaq və İsmailə (ə) bənzər olaq. Gəlin Yaqub (ə) olaq. Əlimizdən çıxan nemətlərə qarşı səbr edək ki, Allah tezliklə onu və ya ondan daha yaxşısını bizə yetirsin. Gəlin Yusif (ə) olaq. Heç vaxt ətrafımızdakı güclərə arxayın olmayaq. Züleyxalarla üzbəüz olduqda sarayı zindan müqabilində qurban verə bilək və beləliklə zindanları gülüstan edək. Ən əsası qəlb evimizdən başlayaq. Gəlin Şuəyb (ə) olaq. İlahi dəvətdən, cavanlıqda da, qocalıqda da əl çəkməyək. "Əmre-be məruf” da ülgü olaq. Gəlin Musa (ə) olaq. Allaha xatir qardaşımızla (din qardaşı) birləşək və dinimizi təbliğ edək.Fironların qarşısında susmayaq. Əgər hidayət nurunu əxz etməsələr və biz çarəsiz qalsaq, onda Allahın yeri genişdir deyib, hicrət edək. Əgər hicrət etsək, dəryalar da qarşımızda ram olar. Gəlin Harun (ə) olaq. Din yolunda xidmət edən qardaşımızın köməyinə yetişək. Ona arxa və dayaq olaq. Gəlin Zülkifl (ə) olaq. Baş verən hadisələrə Allaha xatir qəzəblənək. Yersiz qəzəb və tuğyandan çəkinək. Gəlin Davud (ə) olaq ki, Allah dəmiri əlimizdə muma çevirsin. Oxuduğumuz ilahi kəlamlara heyvanlar belə qulaq kəsilsin.  Gəlin Süleyman (ə) olaq ki, Allah bütün aləmi itaətimizə versin. Gəlin Zəkəriyya (ə) olaq ki, haqq və həqiqəti ağac içində doğranmaq hesabına olsa belə deyək. Əgər belə olsa o ağrıları Allah bizə asan edər. Gəlin İlyas (ə) olaq. Əgər bir gün qadının fitnəsinə tuş gəlsək və müdafisəiz qalsaq Allahdan ümid üzməyək. Yer üzü kimi ərş də Onundur. Kim bilir bəlkə sizə də o xəzinədən bir qapı açılar. Gəlin Əlyəsa (ə) olaq. Dürüstlük və xeyir işlərdə öndə olaq. Zalımın zülmünün önünü kəsən bir sədd olaq. Gəlin Üzeyir (ə) olaq ki, tövhid nişanələri hər zərrəmizdə özünü göstərsin. Gəlin Yəhya (ə) olaq. Başımızı kəssələrdə həqiqətdən ayrılmayaq. Əgər belə olsa Allah özü sizin intiqamınızı alacaq. Gəlin İsa (ə) olaq ki, nə aclıq, nə övlad nə qadın qorxusu bizə hakim olmasın. Gəlin Yunus (ə) olaq. İlahi istəkləri öz istəyimizdən daha üstün tutaq. Gəlin Lut (ə) olaq. Hətta ailəmiz də kafir olsa və hidayət çağırışlarına məhəl qoymayıb Allahın dini ilə müharibəyə cəhd etsələr, onda Allahın əmrini üstün tutaq və onları tərk edək. Əgər yaşadığımız mühit günaha aludə olsa onları ilk öncə hidayət etməyə səy edək, əgər ilahi dəvətdən üz döndərsələr onları ilahi əzaba həvalə edək. Gəlin Muhəmməd (s) olaq. Zülmətlər içində nur olaq. Aləmi bürüyən bir rəhmət olaq. Gəlin özümüz olaq. Pak fitrətimizə qayıdaq və onu dinləyək ki, bu ilahi xüsusiyyətlər sorağımıza gəlsin.   Mahir Şəkərov/ İlahiyyatçı yazar - See more at: https://islamazeri.az/gelin-ismail-e-olaq-meqale--30428.html#sthash.7TWrf8Rj.dpuf

Administratorla əlaqə

077 611-55-22

[email protected]