Əsas Səhifə / Gündəm

Təhsil nazirliyini "bazara" çevirən İlham- İlyar çütlüyünün aqibəti bəlli oldu

21-01-2016, 11:42

Təhsil nazirliyində "köçürmə kralı” adı qazanan İlham Pirməmmədov haqqında dosye.org-a yeni məlumatlar daxil olub. Eks- nazir Misir Mərdanovun kadırlarından sayılan İ. Pirməmmədov "al-ver” oyunlarından lazımınça yaralanıb.

Belə ki, hələ Misir Mərdanov  dönəmində bir çox saxta işlər hesabına küllü miqdarda vəsait toplamağı bacaran "köçürmə kralı”nın ortağı artıq suallar qarşısındadır . Bu işlərdə İ. Pirməmmədova yaxından köməklik göstərən məmurlardan biri İlyar Vahabov olduğu bildirilir. Mənbə iddia edir ki, iki məmur neçə-neçə vətəndaşdan pul alaraq onlara yalan vədlər verib.

Təbii ki, İlham Pirməmmədova xeyir –dua Misir Mərdanov vermişdir. Əslində məqsəd bu yolla gəlir əldə etmək olub. Sonradan məlum məsələlərdən sonra M. Mərdanov nazir postundan uzaqlaşdırıldı. Və İlham-İlyar cütlüyü isə necə deyərlər, heçnə olmamış kimi yenidən "bazarlıqlarını” davam etdirdilər. Hətda Təhsil Naziri Mikayıl Cabbarov bu iki şəxsin qanunsuz əməllərinə dur deməyə belə cürət etmədi.

Düzdür, sonradan İlham Pirməmmədov vəzifədən uzaqlaşdırılaraq Texniki Universitetə elmi işlər üzrə prorektor təyin edildi. Bu o demək deyildi ki, İ. Pirməmmədov bütün məsuliyyətdən qurtuldu. Lakin nazirliydən məlumat verən mənbə iddia edir ki, İ. Pirməmmədovun nazirliydən uzaqlaşdırılması heç də törətdiyi əməllərin ört-basdır etməsi  üçün planlaşdırılmayıb.

Digər bir məlumatda isə bildirilir ki, Təhsil nazirliydən Texniki Universitetə transfer olunan İ. Pirməmmədov böyük məbləğ hesabına müdafiə olunmağı bacarıb. Məlumatın nə qədər real olub- olmadığı araşdırmalarımızdan sonra bəlli olacaq. Bu istiqamətdə araşdırmalarımız davam edir. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq..

(Dosye.org)

Təhsil nazirliyini "bazara" çevirən İlham- İlyar çütlüyünün aqibəti bəlli oldu

Administratorla əlaqə

077 611-55-22

[email protected]