Gündəm

Ilham Pirməmmədov Havar Məmmədovu necə “vurdurur”-KOMPROMAT SAVAŞI

9-07-2016, 03:26
Bir müddət öncə Azərbaycan Texniki Universitetində baş verən olaylarla bağlı bir sıra saytlarda yazılar dərc olunub. Qeyd edilib ki, ATU-da da digər təhsil ocaqlarında olduğu kimi, qruplaşma mövcuddur. Rektorluq uğrunda mübarizə aparan tərəflərin sayı isə ikidən çox deyil. Havar Məmmədov həmin qruplaşmalardan birinə başçılıq edir. Onun əsas missiyası tərəfdarı olan dekanlarla birlikdə mövcud postunu qorumaqdır. Elə bu səbəbdəndir ki, hazırda ATU-da əsas dominantlığı ələ keçirsə də, status-kvonu saxlaya bilməsi üçün xeyli enerji sərf etməli olur. Çünki rəqibi həddindən artıq güclü və əlaqəli biridir. 




Rektorluq savaşı




Bildirək ki, ATU-dakı digər qruplaşmanın başında dayanan şəxs kifayət qədər güclü biridir. İlham Pirməmmədov bu universitetə elə uzunmüddətdir prorektorluq etmir. Təhsil Nazirliyində Aparat rəhbərliyi, daha sonra nazirin müşaviri postundan ATU-ya elmi məsələlər üzrə prorektor təyinatı alan Pirməmmədovun hədəfi təbii ki, bununla yekunlaşmır. Onun başlıca hədəfi universitetə rektor gəlməkdir ki, bunun üçün geniş imkanları var. Elə Havar Məmmədovun da ən çox çəkindiyi məsələ də budur. 
Ona görə ki, rektorun keçmişində bir sıra qaranlıq məqamlar var. Üstəlik, onun arxasında Prezident Admnistrasiyasının humanitar məsələlər üzrə şöbəsinin müdiri Fatma Abdullahzadə dayanır. O, Fatma xanım ki, onun özünün də faktiki durumu heç də yaxşı hesab olunmur. 
Belə olan vəziyyətdə hakimiyyətin ən üst düzeyində əlaqələri olaran İlham Pirməmmədovla mübarizə aparmaq da xeyli çətindir.




Kompromat savaşı


Təbii ki, bu ərəfədə Havar Məmmədov haqda mətbuatda gedən kompromat yazıların sayı artıb. Qeyd edilir ki, hazırda ali təhsil ocağında tələbələrdən 200 manatdan pul yığılır. Məqsəd isə həmin tələbələrin keçid ballarını tənzimləməkdən ibarətdir. Eyni zamanda, o da vurğulanırdı ki, rektor Havar Məmmədov ATU-nun əsas binasının təmiri zamanı bir sıra əyintilərə yol verib. Hətta rektorun tikinti və təmir işləri üçün ayrılmış pulun bir hissəsinə özünə Novxanıda villa inşa etdirdiyi vurğulanırdı. Qeyri-qanuni tələbə köçürmələrində adı hallanan H.Məmmədovun bu maxinasiyalarla hələ bir vaxtlar dostluq etdiyi, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevlə birgə məşğul olmağa başladığı deyilir.. Bu xüsusda aldığımız məlumatlarda qeyd olunur ki, tələbə transferlərinin reallaşmasında Müdafiə müəllim adlı bir şəxsin iştirakı xüsusilə diqqətəlayiq olub. Bildirilir ki, Müdafiə müəllim həm ABU-da, həm də AzTU-da dərs deyib. Bu gün isə o, təbii ki, yalnız Texniki Universitetdə müəllimlik etməklə kifayətlənir. Aldığımız məlumatlarda vurğulanır ki, AzTU-da son sessiyanın indiyədək görünməmiş səviyyədə şəffaflıq və obyektivlik şəraitində keçirilməsi də H.Məmmədovun bu günədək yol verdiyi maxinasiyalara görə məsuliyyətə cəlb olunacağı qorxusu ilə təmin olunub.Amma mənbələr iddia edirlər ki, buna görə hər nə qədər təqdir edilsə də, rektorun adının saxta diplom məsələsində hallanması onun vəzifəsindən azad olunmsı ilə nəticələnə bilər. Lakin bu şəffaflıq və obyektivlik Texniki universitet üçün heç də tipik hal deyil. Bu haqda çoxsaylı şikayətlərlə müxtəlif instansiyalara müraciət edən tələbələr isə bildirirlər ki, bu yaxınlara qədər puı yığımlarını reallaşdırmaq və daha da intensivləşdirmək üçün universitetdə ən müxtəlif səbəb və bəhanələr irəli sürülürdü. Məlumatlarda bu da qeyd olunmuşdu ki, rüşvətxorluğun kök saldığı bir çox ali məktəblərdə olduğu kimi burada da pul yığımları üçün əsas bəhanə məhz sessiya imtahanlarıdır. Belə ki, semestr imtahanlarında hər tələbədən bir fənn imtahanına görə 100-150 manat tələb olunurdu. Digər tərəfdən isə son vaxtlar tələbələrin istehsalat təcrübəsindən azad edilməsinin ayrıca qazanc mənbəyi kimi istifadə edildiyi də daxil olan məlumatlarda xüsusi olaraq vurğulanır. Bunun üçün təyin olunmuş qiymətlər isə kifayət qədər böyük məbləğlərdə ifadə olunurdu. Məhz bu yığımların sayəsində Havar Məmmədov bu gün böyük bines şəbəkəsinin sahibinə çevrilmişdir. Məlumatlarda bildirilir ki, hazırda AzTU-nun rektoru "Saba Cars” avtomobil satış mərkəzinə, "Makro-market” mağazalar şəbəkəsinə şərikdir. Onun bir vaxtlar Novxanı qəsəbəsində özü və sabiq Təhsil naziri Misir Mərdanov üçün inşa etdirdiyi və "əkiz villalar” kimi tanınan qonşu mülkləri isə H.Məmmədovun həqiqətən böyük sərvət sahibi olmasına daha bir əyani sübutdur...Bununla belə məlumatlarda qeyd edilir ki, işin içindən çıxmaq üçün indidən qabaqlayıcı tədbirlər görmək istəyən ATU-nun rektoru bir müddət əvvəl özünə yaxın prorektor və dekanları bir araya gətirərək, onlarla müzakirələr aparıb. Mənbənin verdiyi məlumatda deyilir ki, həmin iclasda bir sıra məsələlər müzakirə olunub. Vurğulanır ki, Havar Məmmədov öz yaxınlarına universitetin təmiri ilə əlaqədar ona çatacaq külli miqdarda pulun tez bir zamanda toplanılaraq, ona çatdırılmasını istəyib. Üstəlik, tərəfdarlarına xəbərdarlıq edib ki, rektorluqdan getsə də, ona daha münasib vəzifə veriləcək. Ona görə də, kimsə cəsarət edib yeyinti və saxta diplomlarla bağlı bir kəlmə də danışmamalıdır.Qəzetimiz çapa gedərkən redaksiyamıza Havar Məmmədovla bağlı yeni məlumatlar daxil oldu. Həmin məlumatlara görə rektor metronun Nərimanov stansiyası ətrafında əslən Ağsu rayonundan olan bir xanıma estetık gözəllik salonu açaraq ora dəyəri 150 min manat civarında olan epilyasiya aparatı da hədiyyə edib. Həmin xanıma dövlət qeydiyyat nömrəsi 540 olan iki avtomobil də alan professorun ona şəhərin müxtəlif yerində mənzillər də aldığı iddia olunur.


Azerinews.org bildirir ki, bu məlumatların hamısı İlham Pirməmmədova yaxın olan, işbirliyində olduğu saytlar və qəzetlərdə dərc olunub. Deməli sifarişçi bəllidir.





Keçmiş nazirin "qara qutu”su..MTN olaylarında adı keçən Pirməmmədov




İlham Pirməmmədov illərdən bəri təhsil sektoru ilə azacıq maraqlanan hər kəsin tanıdığı bir şəxsdir. Sabiq nazir Misir Mərdanovun "qara qutu”su olan Pirməmmədov yeni nazirin dönəmində xeyli yerdəyişmə yaşadı. Aparat rəhbərliyindən müşavirliyə uzanan bu yolda hər kəs onun "vurulacağı”nı düşünürdü. Çünki Mikayıl Cabbarov vəzifəyə təyin olunan kimi ilk olaraq İqtisadiyyat şöbəsinin müdiri Şahrza Əliyev, Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev və Qiymətləndirmə və Monitorinq şöbəsinin müdiri Təranə Hacıyeva və təhsil nazirinin köməkçisi vəzifəsini icra edən Rasim Süleymanov tutduqları vəzifədən azad olundular. Misir Mərdanova ən yaxın şəxslər "vurulduğu” halda İlham Pirməmmədov əvvəlki kimi olmasa da, yenə də istədiyini edir. Ajantv.com-a bu barədə şok məlumatlar daxil olub. Belə ki, daxil olan məlumatlarda sabiq nazir Misir Mərdanovun 11 illik fəaliyyəti dövründə 65 min tələbə köçürülməsinin 54 minini nazirdən gizlin həyata keçirən İlham Pirməmmədov yenə də fərqli yollarla köçürmə biznesinə davam edir. Qeyd edək ki, hələ bir müddət öncə xəbər yayılmışdı ki, Bakı Dövlət Universiteti, Xarici Dillər Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Pedoqoji Universiteti və s. Universitetlərə köçürmələr Misir Mərdanovun məktuba çəkdiyi imzadan sonra həyata keçirilərkən, İlham Pirməmmədov məktubun arxasında göstərilən qoşma vərəqlər yenidən əlavə olaraq xüsusi qaydada tərtib olunaraq siyahı süni şəkildə artırılırmış. Bundan sonra 1-ci mərtəbədə ümumi şöbədə qeydiyyata salınaraq, təcili qaydada tələbə köçürmələri həyata keçirilirmişdir. İlham Pirməmmədov aparat rəhbəri olaraq etibardan sui-istifadə etib bu yolla milyonlara sahib olub.Pirməmmədov vəzifəsini qorudu. Baxmayaraq ki, hamı öncə onun yola salınacağını gözləyirdi. Lakin gözlənilən olmadı və o, Təhsil Nazirliyində mövcudiyyətini müşavir olaraq qorumaqda davam edir. Təhsil Nazirliyində "köçürmələr və saxta diplom kralı” kimi tanınan İlham Pirməmmədovla bağlı Ajantv.coma-a daxil olan son məlumat isə kifayət qədər ilgincdir. Belə ki, bizə daxil olan məlumatlar Pirməmmədovun həbsdən qurtarmasının mümkünsüz olduğunu göstərir. Adının çəkilməsini və mediada hallanmasını istəməyən şəxsin iddiasına görə İlham Pirməmmədova və özünü onun kirvəsi kimi təqdim edərək ortada vasitəçi olan şəxsə 5(beş) min manat rüşvət ittihamı var. Belə ki, şikayətçımız ABU məzunu olsa da bəlli səbəblərdən diplomunu ala bilməyib. Bir neçə il bu problemin həlli ilə uğraşan gənc bu işi həll edəcək şəxslə rastlaşır. Onu da bildirək ki, yuxarıda da qeyd etdiyimiz kimi özünü İlham Pirməmmədovun kirvəsi kimi təqdim edən və mətbuat sahəsində çalışdığı bildirilən həmin adamın adı və şəxsiyyəti bizə bəllidir və növbəti saylarımızda bu adı açıqlayacağıq. Beləliklə, şikayətçimizdən ötən ilin noyabrında diplom probleminin həll olunması üçün şikayətçidən 5 min manat alınıb və ortada olan vasitəçi kirvə ilə birgə Təhsil Nazirliyinin binasında İlham Pirməmmədovun qəbuluna salınıb. Pirməmmədov problemi yaxın vaxtda həll edəcəyinə söz verib bununla bağlı nazirliyin məsul işçisi İlyar Vahabova göstəriş verdiyini bildirib. Görüşün üstündən aylar keçməsinə baxmayaraq problem həll olunmayıb. Əvəzində bildirilib ki, həmin 5 min manat İlham Pirməmmədova verilib, İlyar Vahabova da iki min manat verilməlidir ki, iş həll olunsun. Bütün bunlardan sonra dolandırıldığını başa düşən şikayətçi baş verənlərlə bağlı təhsil naziriri Mikayıl Cabbarova və Respublika Prokurorluğu Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə rəsmi müraciət ünvanlayıb. Həmin müraciətdə ba verənlər ətraflı şəkildə yazılmaqla yanaşı ötən müddət ərzində vasitəçilərlə telefon danışıqları və şəxsi söhbətlərin audio yazısı təqdim olunub ki, bu səsyazmalarında da alınan pulun İlham Pirməmmədova verildiyi aydın şəkildə bildirilir. Onu da bildirək ki, şikayətçimiz İ.Pirməmmədovla görüşdə onun vasitəçi olan şəxsə mətbuatda nazir Mikayıl Cabbarova qarşı təbliğat aparılmasını tapşırdığı olduğuda bildirilib.
Digər tərəfdən İlham-İlyar cütlüyü isə necə deyərlər, heçnə olmamış kimi yenidən "bazarlıqlarını” davam etdirdilər. Hətda Təhsil Naziri Mikayıl Cabbarov bu iki şəxsin qanunsuz əməllərinə dur deməyə belə cürət çatmadığıda göz qabağındadı.Amma, buna baxmayaraq kiçik qisas kimi İlham Pirməmmədov vəzifədən uzaqlaşdırılması və Texniki Universitetə göndərilməsi soyuq münaribənin bitmədiyini bildirir. Bu o demək deyildi ki, İ. Pirməmmədov bütün məsuliyyətdən qurtuldu. Əsala yox - azirliydən məlumat verən mənbə iddia edir ki, İ. Pirməmmədovun nazirliydən uzaqlaşdırılması heç də törətdiyi əməllərin ört-basdır etməsi üçün planlaşdırılmayıb.


Bundan başqa, Təhsil nazirliydən Texniki Universitetə transfer olunan İ. Pirməmmədovun adı MTN”işi”ndə də hallanır. Saxta köçürmələr və əlbir hadsələr içində olan , sabiq müşavir , Akif Çovdarovla da gizli iş birliyinin qurduğun deyən mənbə, həmin saxta köçürmələrdən və Elşad Abdullayevin başına gətrilən böyük oyunların səbəbkarı kimi Pirməmmədovun əli olduğunu iddia edib. Onun dediyinə görə, Pirməmmdov dəfələrlə hüquq- mühafizə orqanlarına verilsədə, bu məsələdən təmiz çıxmasna Eldar Mahmudovun bir zəngi bəs edib. Daha sonar mənbə bildirir ki, Pirməmmədov və onun yaxın pul dağarcığı İlyar Vahabov keçmiş MTN çetesində təhsil üzrə gizli ajanlardan biri olub. Pirməmmədov-İlyar çütlüyü keçmiş MTN ilə bağlı daxil olan məlumatlar əməkdaşlarımız tərəfindən araşdırılır.


İlham Pirməmmədov tanınmış şairin oğlunu necə "öldürdü”?




Məlum olduğu kimi, ötən gün tanınmış Azərbaycan şairi Əli Kərimin oğlu Orxan Kərimov ağır xəstəlikdən sonra ötən il dünyasını dəyişib. Məlumat üçün bildirək ki, onun ölümünün əsas səbəbi kimi son illər qarşılaşdığı problemlərdən doğan stresslər göstərilir.


Məlumat üçün bildirək ki, Təhsil Nazirliyinin maliyyə şöbəsinin keçmiş müdir müavini Orxan Kərimov qulluq mövqeyindən sui-istifadədə və rüşvət almaqda ittiham edilərək 2011-ci il iyunun 6-da həbs olunmuşdu. Bu qanunsuz həbs 2012-ci ilin 21 iyununa qədər davam etmişdi. Ürəyində ciddi poblemlər olan Orxanın səhhətinin türmədə daha da pisləşməsi, üstəlik, ittihamların təsdiqini tapmaması onun həbsdən buraxılmasıyla nəticələnmişdi. Həbsdən çıxandan dərhal sonra, iyunun 27-də o, əməliyyat olunmuşdu və 3-cü dəfə ürəyinə stend qoyulmuşdu. Amma bütün bunlara rəğmən Orxan Kərimov artıq aramızda yoxdur. O haqsızlığın qurbanıdır və ona qarşı edilən haqsızlığın müəlliflərindən biri də Təhsil Nazirliyinin aparat rəhbəri İlham Pirməmmədovdur. 


Artıq unudulmaqda olan məşhur məhkəmə prosesi ilə bağlı bəzi məqamları yenidən xatırlatmaq qərarına gəldik. Qeyd edək ki, 2011-ci ilin iyun ayında Təhsil Nazirliyində baş verən qanunsuzluqlarda ittiham olunaraq həbs edilən Orxan Kərimovun mətbuata ünvanladığı çoxsaylı məktublar o zamanın ən səs-küylü mövzularından sayılırdı. Bundan isə daha çox aparat rəhbəri İlham Pirməmmədov narahatlıq keçirirdi və bu heç də səbəbsiz deyildi.
Bu baxımdan mərhum Orxan Kərimovun anası Elza Kərimovanın bir vaxtlar mətbuata verdiyi açıqlamalara yenidən göz atmaq maraqlı olar: "Prokurorluq açıq-aşkar İlham Pirməmmədovu himayə edir. İlham Pirməmmədov barəsindəki iş bağlana da bilər. Bu, görünməmiş qanunsuzluqdur. Qanunsuz köçürmələr barədə sənədləri imzalayan şəxs məsuliyyətdən yayındırılır, Orxan Kərimov isə günahsız olduğu halda, tələsik məhkəməyə çıxarılır”. 


İşin başqa tərəfi ondan ibarətdir ki, Orxan Kərimovu əvvəlcə 2009-cu ildə rüşvət almağıyla bağlı ittiham edirlər. Sonra 2008-2010-cu illərdəki "qanun” pozuntuları da bura daxil olur. 


Bildirək ki, Orxan Kərimov mətbuata ünvanladığı məktubunda da bu barədə yazırdı: "Qanunsuz köçürmələrlə bağlı Nazirliyin Aparatının rolunun aydınlaşması barədə mənim istintaqa ünvanladığım vəsatətə isə ildırım sürətiylə cəmi 1 gün ərzində baxılır və rədd edilir. İşin materiallarında isə qanunsuz tələbə köçürmələrinə yaşıl işıq yandıran yeganə rəsmi sənəd olan - Nazirliyin razılıq məktublarının İlham Pirməmmədovun imzalanması göstərilmişdir”. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]