Əsas Səhifə / Xəbərlər

Çingiz Abdullayev: Rüşvət alan rektor fahişədir - VİDEO

13-11-2017, 18:40

Yazıçı, nasir, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, hüquq elmləri doktoru, “Neftçi” PFK-nın Müşahidə Şurasının sədri Çingiz Abdullayev çıxışlarından birində təhsildə rüşvətxorluq mövzusundan bəhs edib.

Oxu.Az xəbər verir ki, o, rüşvət alan rektoru fahişə adlandırıb.

“Ötən dəfə universitetlərdən birində qonaq idim. Dedim ki, təhsildə rüşvətxorluq varsa, bu biabırçılıq deyil, fahişəlikdir. Fahişə işini görür, pulunu alır, ona daha çox hörmət edirəm, ancaq rüşvət alanlar isə gələcəyimizin kökünü kəsirlər.

Bu sözlərimdən sonra gördüm ki, auditoriyada əyləşən 400 nəfər mənə deyil, rektora baxır. O rektora yazığım gəldi”, - deyə yazıçı bildirib.


Video “Hamam Times” “Facebook” səhifəsindən götürülüb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]