Əsas Səhifə / Yazarlar

GYOK un ilk görüşü

27-01-2015, 21:22

24 Yanvar tarixində GYOK ( Gənc Yazarlar və oxucular komandası) nın ilk görüşü keçirilib, Görüşdə Alber Kamyunun Yad povesti müzakirə edilib. Əsərdə sirli məqamlar çoxdur. 30 yaşla 70 yaşda ölmək arasında heç bir fərq yoxdur, heç kəs tamamilə bədbəxt deyil, hətta ən çox sevdiyin insane belə heç olmasa bir dəfə ölüm arzulamısan kimi qeyri- adi fikirlər əsas müzakirə obyekti oldu. Müzakirədə yetərincə istedadlı gənclər iştirak etdi, maraqlı fikirlər səsləndirildi. 2 saat ərzində davam edən görüşdə belə müəyyən edildi ki, povestin əsas qəhrəmanı nihilistdir. Onu sadəcə həyatdan həzz almaq düşündürür, bu, onun gerçək adrenalinidir. O düşünür ki, həyatı anlamağa çalışmaq yox, sadəcə yaşamaq lazımdır.
Bunlardan başqa növbəti görüşün keçiriləcəyi zaman və müzakirə ediləcək kitab səsçoxluğu ilə müəyyən edilib, Herman Hessenin Yalquzaq romanı daha çox səs toplayaraq növbəti görüş üçün müzakirə obyekti oldu. Hər ay 2 dəfədən gec olmayaraq müzakirələrin olacağı nəzərdə tutulub. GYOK a qoşulmaq könüllüdür. Biz gənclərdə kitaba, mütaliəyə maraq yaradaraq zərərli vərdişlərdən uzaqlaşdırmağa çalışırıq.
P.S adından da bəlli olduğu kimi biz gənclərə üstünlük veririk. Oxucular və yazarlar GYOK a qoşula bilər. .

Administratorla əlaqə

077 611-55-22

[email protected]