Əsas Səhifə / Yaşam

“Medilux”da müəmmalı ölüm hadisəsi – həkim və klinika rəhbərliyinə qarşı sərt ittihamlar

12-01-2016, 21:05
Bakının ən bahalı, özəl klinikalarından biri olan "Medilux”da ölüm hadisəsi baş verib. Qafqaznews.Az-a daxil olan məlumata görə, hadisə ötən gün axşam saatlarında baş verib. "Medilux” klinikasında Dilqəm adlı həkim tərəfindən əməliyyat olunan Tovuz rayonu sakini, 1967-ci il təvəllüdlü Təranə Vaqif qızı Müseyibova elə klinikada dünyasını dəyişib. Vəfat edən qadının qohumları Qafqaz Xəbər Agentliyinə müraciət edərək, məsələni araşdırmağı və problemi işıqlandırmağı xahiş ediblər.
Şikayətçi qohumlar əmindirlər ki, T.Müseyibova məhz həkimin uğursuz əməliyyatı və səhlənkarlığı nəticəsində həlak olub. Onlar cərrahın və klinika rəhbərliyinin məsuliyyətə cəlb edilməsini, ölüm hadisəsinin araşdırılmasını tələb edirlər. Əldə etdiyimiz başqa bir məlumata görə, adıkeçən klinika Dövlət Miqrasiya Xidmətində yüksək rütbəli məmura məxsusdur. Xatırladaq ki, "Medilux” Bakıda xidmətlərin qiymətlərinə görə, "lüks”, yəni bahalı səhiyyə müəssisələrindən hesab olunur, burdakı qiymətlər isə digər özəl klinikaların əksəriyyəti ilə müqayisədə dəfələrlə artıqdır. Məsələ ilə bağlı araşdırmamız davam edir, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. Bizi izləyin.

Administratorla əlaqə

077 611-55-22

[email protected]