Ölkə

"Atlas” tibb mərkəzini bir dəfə bağlamışdılar, amma... - yenə də özbaşınalıq davam edir

31-05-2016, 21:00
"Atlas” tibb mərkəzində soyğunçuluq olduğu və bu barədə reportaj təqdim edəcəyimizi bildirmişdik.
Əməkdaşımız klinikada dodaq uçuqladan qiymətlərlə tanış olub. Müxbirimiz öyrənib ki, klinika rəhbərliyi heç bir meyara, bazaar tariflərinə əsaslanmadan öz qiymətlərini müəyyənləşdirib.
Əvvəlcə, tibb mərkəzinə girər-girməz bir xanım vətəndaşın başının üstünü kəsdirir və qeydiyyatdan keçməli olduğunu nəzərinə çatdırır. Qeydiyyat şöbəsinə yaxınlaşdıqda isə klinikanın xanım əməkdaşları hansı həkimin qəbulunun neçəyə olduğunu açıqlayır. Məlum olur ki, "Atlas” klinikasında 40-50 manatdan aşağı qəbul yoxdur.
Adi bir müayinə üçün xəstə soğan qabığı kimi soyulur. Pasinetə təqdim olunan qəbzdə isə niyə məhz bu qədər pul aldığı izah edilmir. Yəni, klinika nə tibbi ləvazimatından isütifadə edir, nə dərman pereparatı verir.
Bu halda həkim müayinəsinin 40-50 manat olması artıq özbaşınalığın son həddidir. Hətta qəbzdə endirim sözü yazılsa da, hər hansı güzəştdən söhbət gedə bilməz. İstənilən halda klinika rəhbərliyi müəyyən etdiyi qiymətlərin məbləğinin səbəbini əsaslandırmalıdır.
Məsələn, qonşu Gürcüstanda özəl klinikalarda imkansız vətəndaşlar pulsuz müayinə olunur. Amma "Atlas” klinikasından bunu da istəyən yoxdur. Sadəcə, bir dəfə lisenziyası ləğv edilmiş sözügedən tibb mərkəzi deyəsən, nəticə çıxarmayıb və tibb ocağını "Vosmoy” bazarı kimi idarə etməkdədir.
Müxbirimizin qeydlərinə görə, qeydiyyat şöbəsində ödəniş edildikdən sonra həkim qəbuluna düşürsən. Vətəndaşlar isə qiymətlərin "ceyran belində” olmasından narazıdır.
Nə nazirlik, nə real bazar qiymətləri belə bir rəqəm qoyulmasını tələb edir. Bu halda klinika rəhbərliyi özbaşına qərar verir. Qeyd edək ki, 2014-cü ilin dekabrında Səhiyyə Nazirliyi tərəfindən fəaliyyəti dayandırılmış "Atlas Medical Center” fəaliyyətini bərpa edib.
2008-ci ildən Bakıda fəaliyyətə başlayan "Atlas Medical Center” 2014-ci il dekabr ayının 2-də fəaliyyətini dayandırmışdı. Tibb xidmətlərinin təşkili zamanı tibbi tələblərinin ciddi şəkildə pozulması faktı aşkarlandığı və səhv müalicə səbəbindən bir neçə pasientlə məhkəməlik olan klinikanın lisensiyası Səhiyyə Nazirliyi tərəfindən geri alınmışdı. Bir müddət əvvəl bir xanım oxucu, bu klinikanı "bazar”a bənzədib:
"Qadın xəstəliyi ilə bağlı dövlət xəstəxanasında bir genikoloqun yanına getdim. Həkim məndən analizi "Atlas Tibb Mərkəzin”də verməyimi istədi. Təbii ki, mənim üçün hər şey aydın idi. Bilirdim ki, həkim bu klinikadan faiz alır və öz gəlirini düşünür. Klinikadan mənə elə bir qiymət deyildi ki, dodaqlarım "uçuqladı”. Məndən bir qan analizinə və USM analizinə görə 238 AZN pul istədilər”.
Ümid edirik ki, klinika rəhbərliyi tarif məsələsinə aydınlıq gətirəcək.
 

Administratorla əlaqə

077 611-55-22

[email protected]