Əsas Səhifə / Yazarlar

Sürünün kənarındakı əzablar..

7-01-2015, 21:06

Bugün ağır danışacam, lap elə Nitsşe’nin Zərdüştü kimi. Gəl otur aq, ciddi söhbət edək. Düzdür, az sonra qızıl xırdalayacam, amma qızıldan anlamayanlar üçün heç bir mənası olmayacaq. Odur ki, ucuz tacirləri yox, zərgərləri dəvət edirəm masaya. Gəlin, ürəyimdə uzun zamandır gizlədiyim bir sirr var, sizə açığlayım:

Sürüdən olmayan insanların ən çox əzab çəkdikləri bir dönəm var: Onlar anlayırlar ki, sürü həyat tərzi onlarlıq deyil. Onlar həyatı və xoşbəxtliyi bir başqa yerdə axtarmalıdırlar. Bunu anladıqdan dərhal sonra onların beynini başqa bir sual didməyə başlayır: Bəs sürünün getmədiyi yolun sonu nədir? O andan etibarən onların ən əzablı günləri bu sualın ardıyca gəlir. Bu adamlar sürünün içində qalmağın onları hər gün öldürdüyünü bilməklə bərabər sürüdən a yrı gedilə biləcək yolun sonunu görə bilməməyin təlaşı içindədir. Sonu görə bilməyən ürək öz sözünü keçirə bilmir. Ürək cəsarətsizdir. Beyinləri bu adamlara sürüyə qoşulmağı, onlarla qaynayıb-qarışmağı təlqin edir, çünki ən güvənli yol elə bu imiş kimi görünür. Onlar zaman-zaman sürüyə qoşulur, onların içinə sızmağa cəhd edir, amma dözə bilməyib sürünü tərk edir, öz xoşbəxt yalnızlığına çəkilir. Bu dövrdə onlar sürüyə baxıb gülürlər. Onların sürüyə baxıb gülərkən hiss etdiyi xoşbəxtlik sürünün xoşbəxtliyi yanında Allah edib göylərə qaldırılasıdır. Amma, heyif ki, bu xoşbəxtlik uzun çəkmir, ta ki onlar sürünün kənarındakı yolun sonunu görə bilənə qədər. Onlar bu ifrat xoşbəxtlikdən təlaşa düşüb yenidən sürüyə qoşulmağa cəhd edirlər. Amma nə fayda. Sürüdən olmayanlar sürü içində hər zaman 1 addım geridə olacaqdır, əziləcək dir. Çünki sürü dibdə belə olarsa, onun yeri oradır, sürüdür. O öz yerindədir. Amma fərqlilər, onlar heç zaman sürü içində yerlərini rahatlaya bilməyəcəklər. Əgər sürüdən deyilsənsə, əgər sən də normal deyilsənsə, ya onları tərk et, ya da onlardan biri ol. Amma nəbadə tərk etmək xəyalı ilə onların arasında qalasan! Bax, bu, sürünün kənarındakıların ən şiddətli əzabıdır. Amma bunu da bil ki, sənin onlardan biri olman mümkün olmayacaq.

Sizlərdən bir qrupunuz, əlbəttə ki, mənimlə razılaşmayacaq. Siz milyon illərdir var olan varoluş qədər qədim təbiəti insanın qurduğu uğultulu şəhərlərə dəyişirsiniz. Sizə sürü lazımdır, təqib etməyə yox, arxanıza almağa. Siz sürünün sürücüsü olmaq arzusundasınız.

Siz eynilə sürü kimi xoşbəxtliyi sürüdə və oradakı rollarda tapırsınız, bu, sizin daxilinizdən gəlir. Amma onu da unutmayın ki, istər sürünün normal bir üzvü olun, istərsə də hakimi-mütləqi, siz də sürüdənsiniz. Mən bunu belə daha yaxşı aydınlaşdırardım ki, siz hər nə qədər sürüyə qarşı gəlsəniz də, siz də özünüzdə ondan əhəmiyyətli bir parça gəzdirirsiniz. Nəticədə, “idarə etmək” elə özü sürünün əldə etmək uğrunda miskinləşərək “sürü” adını almasına səbəbdir.


Freehippie Kamran

Administratorla əlaqə

077 611-55-22

[email protected]