Əsas Səhifə / Media

Baş redaktor Taleh Bağırovu MTN-ə 10 min manata "satıb"

12-05-2017, 21:28
Baş redaktor Taleh Bağırovu MTN-ə 10 min manata "satıb"Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə bəzi məlumatlar açıqlanıb.

Xeberman.com APA-ya istinadən xəbər verir ki, cinayət işinin aktında MTN agenti olan qəzet baş redaktorunun Taleh Bağırovla bağlı məlumatları nazirliyə çatdırması qeyd edilib.

“TT” ləqəbli baş redaktorla 30 yanvar 2014-cü ildə etibarlı münasibətlər yaradılıb.

Həmin baş redaktor Taleh Bağırovun “Müsəlman Birliyi Hərəkatı” adlı qurum yaratmaq istəyi barədə məlumat verib, buna görə də MTN generalı Elçin Quliyevin 30.01.2014-cü il tarixli raportu ilə ona 10 min AZN birdəfəlik pul mükafatı verilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]