Əsas Səhifə / Media

Son dəqiqə! ATV-də kütləvi ixtisarlar - Rəhbərlik DƏYİŞİR?

19-04-2017, 23:32
ATV-də əməkdaşların ixtisarına başlanılıb. Buna səbəb rəhbərliklə bağlı yeni yanaşmaların olduğu göstərilir.

Məlumata görə, kanala yuxarı rəhbərlikdən Mustafa Çelik adlı bir türk mütəxəssis göndərilib. Yaxın aylarda ATV-nin direktoru olacağı deyilən Mustafa kanalın gələcək fəaliyyətini qurmaq üçün ilk növbədə ixtisarlara üstünlük verib.

Əsasən xəbərlər departamentinin fəaliyyətindən narazılıq edən türk mütəxəssis xəbərlər departamentindəki jurnalistlərin, rejissorların sayının minimuma endirilməsinə üstünlük verib.

ATV-nin direktoru Vüqar Qaradağlının Mustafa Çelikə təsir imkanının qalmadığı iddia edilir.

Məsələ ilə əlaqədar ATV-nin İctimai siyasi məsələlər və İctimayətlə əlaqələr Departamentinin rəhbəri Turan İbrahimovla əlaqə saxladıq və deyilənlərə belə aydınlıq gətirdi:

"ATV-də Mustafa Çelik adlı texniki məsələlər üzrə məsləhətçi var. Texniki məsələlərə nəzarət edən bir şəxsin xəbərlər departamentindəki jurnalistlərin işdən çıxarılmasına nə aidiyyatı?! Məntiqsizdir! O faktdır ki, Azərbaycanda televiziya mütəxəssislərinin yetişdirilməsi üçün imkan yoxdur, dövlət televiziyasının aktivində akademiya mövcuddur, ancaq fəaliyyətsizdir, heç bir kadr yetişdirmir. İndiki televiziyaların texniki məsələlər üzrə mütəxəssisləri də, hazırki standartlara uyğun gəlmir. Ona görə də, Türkiyədən mütəxəssis gətirildi. Vüqar Qaradağlının səlahiyyəti yoxdur və. s bu kimi fikirlər əsassızdır. Mustafa Çelikin texniki məsələlər üzrə məsləhətçi olması Vüqar müəllimin seçimidir, onun nəzarəti və icazəsiylə olan prosesdir. Hazırda, ATV kanalında optimallaşdırma prosesi gedir, HD yayımını həyata keçirəcək üçün keyfiyyətli mütəxəssislər yoxdur, müəyyən tapşırıqlar verilir, icra edə bilmirlər, yeniləri gətirilir. Söhbət texniki sahədən gedir, ancaq ixtisarlar yoxdur. Kimlərsə işlərini görə bilmədiyinə, bacarmadığına görə çıxarılır, yerinə daha yaxşıları gətirilir. Ola bilsin ki, bu məlumatları yayan şəxslər işdən çıxarılanlar, əlindəki imkanları itirən şəxslərdir ki, onlar yedikləri qaba tüpürürlər. Hiss olunur ki, daxildə kimsə narahatdır və bu fikirlərin yazılmasına maraqlıdır".

Administratorla əlaqə

077 611-55-22

[email protected]