Əsas Səhifə / Dünya

Putin Trampa qarşı bütün bombaların "atası”nı çıxardı

15-04-2017, 19:56
ABŞ-ın Əfqanıstana bütün bombaların "anası” hesab olunan GBU-43 bombasını atmasından sonra Rusiya əks-həmlə edib.

Xeberman.com xəbər verir ki, Rusiya mediası Moskvanın əlində bütün bombaların "atası” olduğunu yazıb.


“Sputnik” agentliyinin məlumatına görə, Rusiyanın 2007-ci ildə təkmilləşdirdiyi vakum bombası FOAB məhz “bütün bombaların atası“dır.

Məlumata görə, bu bomba ABŞ-ın GUA-43/B bombasından daha güclüdür. Belə ki, GUA-43/B 11 ton dinamit daşıyır, lakin FOAB 44 ton dinamit tutumuna malikdir.

FOAB yerə düşmədən atmosferdəki oksigenin təsiri ilə havada partlayır və geniş ərazini məhv edir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]