Əsas Səhifə / Siyasət

Ukraynada koalisyon hökümət qurula bilər

14-02-2014, 12:47


Ukraynanın paytaxtı Kiyevdə həyacan təbili çalınır. Ukraynanın Avropa Birliyi ilə ortaqlıq anlaşmasının imzalanması tələbi ilə başlanılan mitinqlər Kiyevin Mərkəzində yerləşən və dünyanın “narıncı devrim” ilə tanıdığı Azadlıq meydanında davam edir.

Bir neçə gündür davam edən mitinqlər Kiyevi tüstülü bombaların hədəfinə çevirib. Hətta Prezident binası önündə bu cür bombaların atıldığı bəlli olub. Digər tərəfdən də Avropa meydanındakı çadır şəhərciyi tamamən sökülmüş vəziyyətdədir. Onlara isə Azadlıq meydanındakı mitinqçilər yardım edirlər. Bu şəkildə müxalifətçilər liderlərinin tələbləri üzərinə Kiyevdəki izdihamı bir yerə toplamaq çağrısına əməl edirlər. Keçmiş baş nazir Yulya Tomişenkonun tərəfdarları Verxovna Rada binasından Baş nazirliyin binasına qədər olan böyük bir ərazidə yerləşmişlər. Ölkədə koalisyon hökümətin qurulmasının uzanması nədəni ilə politik güclərin tərəfdarları meydanı rəqiblərinə verməmək üçün kamplar qurarkən digər tərəfdən də güclü bir mitinq üçün tərəfdarlar toplamğa davam edirlər. Ukraynalıların fikrincə isə ölkədə vəziyyət göründüyündən daha pis hal ala bilər və ölkədə vətəndaş müharibəsinin başlaması qaçılmaz haldı.


Pərvin Tağıyeva

Administratorla əlaqə

077 611-55-22

[email protected]