Əsas Səhifə / İdman

Qətər yığmasının Azərbaycanla oyun üçün heyəti açıqlanıb

6-03-2017, 14:43
Futbol üzrə Qətər milli komandasının martın 9-da Azərbaycan yığması ilə keçirəcəyi yoldaşlıq görüşü üçün heyəti açıqlanıb. Baş məşqçi Xorxe Fossati hazırlıq prosesinə 28 futbolçu cəlb edib.
Onlardan cəmi 2-si legionerdir. Bununla belə, heyətdə milliləşdirilmiş futbolçulara da rast gəlmək mümkündür.
Qətər yığmasının heyəti: Həsən əl-Haydos, Səəd əl-Şib, İbrahim Məcid, Pedro Migel, Həmid İsmayıl, Əli Əsəd, Məhəmməd Kasola, Kərim Budiaf, Əhməd Yasir, Asim Madibo, Məhəmməd Musa, Luis Martin, Əli Afif, Moiz Əli, Musab əl-Kader, Əhməd Əlaa, Sebastyan Soriya, Rodriqo Tabata, Ömər Barri, Meşal Abdulla, Əhməd Abdul Maqsud, Yasir Abu Bəkr, Abu Bəkr əl-Xəlifə, Mehdi Əli, Yusif Həsən, Bualem Xuxi, Əkrəm Afif ("Sportinq" Xixon, İspaniya), Fəhəd əl-Abdurrahman ("Eypen", Belçika).
Qeyd edək ki, Dohadakı Şeyx Cassim ibn Hamad adına stadionda keçiriləcək Qətər - Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]