Əsas Səhifə / İqtisadiyyat

Səlim Müslümov əmək və əhalinin sosial müdafiəsi naziri postuna təyin ediləndən indiyə kimi bir sıra islahatlara imza atıb.

7-11-2014, 18:30
Səlim Müslümov əmək və əhalinin sosial müdafiəsi naziri postuna təyin ediləndən indiyə kimi bir sıra islahatlara imza atıb.
Nazirliyin aparat rəhbəri Əjdər Cəbiyevin yaxın adamı kimi tanınan mərkəz rəhbəri rayonda yoxsulluğun səviyyəsinin yüksəlməsinə səbəb olub
Səlim Müslümov əmək və əhalinin sosial müdafiəsi naziri postuna təyin ediləndən indiyə kimi bir sıra islahatlara imza atıb. Nazirin imzaladığı əmrlə əmək və əhalinin sosial müdafiəsi mərkəzlərinin bir neçəsinin direktoru tutduğu vəzifədən kənarlaşdırılıb. Yadınızdadırsa, Səlim Müslümov ötən ilin sonlarında kadr islahatları ilə ölkə mətbuatının gündəmini zəbt etmişdi. Azad edilən mərkəz rəhbərləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi rəhbərliyinin tapşırıqlarını qulaqardına vuraraq vətəndaşlara əlavə problemlər yaratdığına görə işdən azad edilmişdi. Hacıqabul rayon sakinləri Səlim Müslümovun nazir təyin olunmasından sonra Hacıqabul "Sobez"ində vəziyyətin düzələcəyinə, köhnə problemlərin tez bir zamanda həll ediləcəyinə ümid bəsləsələr də, gözlədiklərinin tam əksi olub. Xalqxeber.Az-ın Hacıqabuldakı mənbələrdən əldə etdiyi məlumatlara görə, ünvanlı sosial yardımın verilməsi zamanı mövcud olan köhnə problemlər hələ aktuallığını qoruyub saxlayır. Mənbənin sözlərinə görə, Xalis Həsənov Səlim Müslümovun və yerli əhalinin ümidlərini doğrulda bilməyib: "Nazirə ümidlərimiz böyük idi. Gözləyirdik ki, O, Xalis Həsənovun nöqsanlarını aradan qaldıracaq və mərkəz rəhbərinə vəzifəsinə uyğun iş görməyini tapşıracaq. Amma Xalis müəllim köhnə əməllərini təkrarlamaqla məşğuldur. Hazırda rayonda aztəminatlı ailələrin sosial durumu olduqca acınacaqlı vəziyyətdədir. Xalqxeber.Az xəbər verir ki, Ünvanlı sosial yardım almaq üçün mərkəzə müraciət edən vətəndaşların bir hissəsi əsassız yerə incidilir. Mərkəzin əməkdaşları, əsasən də direktor yardım almaq hüququna malik olan ailələrə süni problemlər yaradır. "Ünvanlı sosial yardım haqqında" Qanuna əsasən, sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Hacıqabulda bu kateqoriyadan olan ailələrin sayı kifayət qədərdir. Buna baxmayaraq, onların müəyyən hissəsi dövlətin ayırdığı sosial müavinətləri ala bilmirlər. Direktor sənədlərdəki çatışmazlığı bəhanə gətirərək vətəndaşları get-gələ salır. Mərkəzdə baş alıb gedən qanunsuzluq rayonda yoxsulluğun səviyyəsinin yüksəlməsinə səbəb olub. Xalis Həsənov vəzifəsinin öhdəsindən layiqincə gələ bilmir. Nazir dəfələrlə mərkəz direktorlarına, habelə bu sahədə çalışan digər məmurlara tapşırıb ki, vətəndaşları incitməsinlər və onların dövlətdən aldığı yardımlara şərik çıxmasınlar. Hacıqabul rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru və işçiləri isə nazirin tapşırıqlarına əhəmiyyət vermir. Məndə olan məlumata görə, hazırda rayonda 1025 ailə ünvanlı sosial yardım alır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yetkili şəxsləri mərkəzdə yoxlama aparsalar görərlər ki, siyahıda adı olan insanların müəyyən hissəsinin dolanışığı yüksək səviyyədədir. Belə insanların sosial yardım almasına mərkəz direktoru yardımçı olub. Direktor qeyri-qanuni yollarla imkanlı şəxslərə sosial yardım düzəldir və onun bir neçə ayını özünə götürür. Ümumiyyətlə, mərkəzdə "yarı sənin, yarı mənim" prinsipi hələ də qüvvədədir. Keçmiş nazir Fizuli Ələkbərovun dövründə əsası qoyulan "ənənə" bu gün daha qabarıq formada nəzərə çarpır. Sakinlər mərkəz direktorunun qanunsuz hərəkətləri barədə dəfələrlə aidiyyəti qurumlara, o cümlədən Hacıqabul Rayon İcra Hakimiyyətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyinə müraciət ediblər. Hələ ki, direktorun barəsində heç bir zəruri ölçü götürülməyib. Elə buna görədir ki, kasıb vətəndaşlar süründürməçilik halları ilə üzləşir. Yaxşı olardı ki, Səlim Müslümov səviyyəsində Hacıqabul rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində yaşanan problemlərə və qanunsuzluqlara münasibət bildirilsin. İnanırıq ki, nazir Xalis Həsənovu cəzalandırsa, mərkəzdə vəziyyət normal hala düşə bilər". Xalqxeber.Az-ın apardığı qısa araşdırmalardan sonra məlum oldu ki, Hacıqabullulara ələvə problemlər yaradan mərkəzin dirəktoru Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Əjdər Cəbiyevin yaxın dostudur.
Mərkəz direktorunun kimə maşın, obyekt alıb və yaxudda ev tikib öz işidir. Bizim istədiyimiz Hacıqabul rayonunun aztəminatlı ailələrinin sosial durumunun yaxşılaşdırılmasıdır. Bu baxımdan Səlim Müslümov cənablarından xahiş edirik ki, yazdığımız məsələləri araşdırıb mərkəz direktorunun barəsində müvafiq tədbirlər həyata keçirsin.
Qarşı tərəfin də münasibət bildirmək hüququ var.

Administratorla əlaqə

077 611-55-22

[email protected]