Ölkə

Nizami DYP rəisi Firdovsi Yusubov "Koroğlu" dairəsindən milyonlar qazanır

12-11-2016, 21:41
İki gün əvvəl Daxili İşlər naziri Ramil Usubovun əmri ilə işində yol veridiyi nöqsanlara görə, Nərimanov DYP-nin rəisi vəzifədən qovuldu. Nazirliyin verdiyi məlumatda bildirilirdi ki, DYP rəisi ona aid olan hissədə qanunsuz park edilmiş avtomobillərin yığışdırılmasını həyata keçirə bilməyib, etimaddan sui-istifadə edib. Bu hadisədən sonra digər rayon DYP rəislərinin kürkünə birə düşüb. Məlum olduğu kimi, Bakının ən biabırçı vəziyyəti Koroğlu metrostansiyanının qarşısında yaşanır.

Əsasən axşam saatlarında böyük tıxac və biabırçılıqla müşahidə olunan bu əraziyə nəzarət etmək mümük deyil. Ölkə başçısı İlham Əliyevin keçdiyi yolun üzərində yerləşən bu hissədə əsl biabırçılıq yaranır. Prezident keçdiyi saatlarda ərazidə 10-dan artıq DYP-nin nəzarət maşınları növbə çəkir. Bundan sonra isə biabırçılıq başlayır. Bu vəziyyət gecə saatlarına kimi davam edir. Ən qəribəsi odur ki, əraziyə nəzarət etməli olan Nizami DYP-nin əməkdaşları gözə dəymir, hərəkəti tənzimləmir.(bizimxeber)Bu dairədə çalışan taksi sürücülərinin verdiyi məlumata görə, Nizami rayon DYP- rəisinə Koroğlu metrosunun yaxınlığındakı məlum vəziyyət sərfedicidir. Həftədə iki dəfə DYP əməkdaşları reyd edərək dayanma-durma qaydasını pozduqları üçün 200-dən artıq sürücünü cərimələyir. Daha sonra isə çıxıb gedirlər. Cərimələr müxtəlif məbləğdə 20-80 manat arasında dəyişir.

Doğurdan da maraqlı vəziyyətdir, Nizami DYP-nin rəhbərliyi nədən konkret olaraq bu hissəyə nəzarət edə bilmir və ya burda bir qayda qanun yaratmır? Hansı səbəblərə görə, DYP-nin əməkdaşları əraziyə yalnız cərimə yazmaq üçün gəlir? Bu zaman nələr yaşanıır? 

Nizami rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi polis mayoru Firdovsi Yusubovdur. F.Yusubov barədə mətbuatda kifayət qədər neqativ məlumatlar yayılıb, 300 minlik qalmaqal məsələsi də öz yerində... 


Bu barədə yaxın günlərdə daha ətraflı oxuyacaqsınız...

Administratorla əlaqə

077 611-55-22

[email protected]