Əsas Səhifə / Gündəm

“Abşeron Kristal”ın sahibləri üzə çıxdı – bu şirkəti hansı deputat himayə edir?

18-01-2016, 20:58
Bundan əvvəl saytımızda "Kristal Abşeron” MMC ilə bağlı yazılar dərc olunmuşdu.

Bir neçə gün əvvəl redaksiyamıza Tovuz sakini Verdiyev Samir Eldar oğlu müraciət etmişdir. Müraciətdən bəlli olur ki, Abşeron Kristal MMC Xırdalan şəhərində inşa etdiyi yeni binadan mənzil alıb və onunla şirkət arasında bağlanan kredit müqaviləsi dollarla göstərilib. "Qeyd edim ki, "Kristal Abşeron” ilə müqavilə bağlayarkən, alıcı qismində həyat yoldaşım Türkan Elman qızı Müseyibovanın adı qeyd olunub. Razılaşmışdıq ki, 15 min manatı ilkin ödəniş olaraq keçirəcəyəm, qalan 38 min manatı isə 12 ay ərzində Azərbaycan Beynəlxalq Bankına kredit kimi ödəyəcəyəm. Müqavilə bağlandığında isə mənə bildirdilər ki, banka gərək yoxdur və pulu aybaay onların ofisində ödəməliyəm.

Bundan başqa, mənim sadəlövhlüyümdən istifadə edərək inandırdılar ki, "müqavilədə məbləği 72 min dollar göstərəcəyik, amma sən manatla ödəyəcəksən”. Beləliklə, "Kristal Abşeron” qanunsuz olduğu halda, mənə dollarla alqı-satqı müqaviləsi imzalatdırmış, borcumu tam ödədiyim halda isə yeni məzənnə ilə daha çox pul ödəməyə məcbur edib”. S.Verdiyev öz şikayətində bildirib ki, evin müqaviləyə zidd olaraq vaxtından gec və yaxşı təmirli səviyyədə təhvil verilməməsi, eyni zamanda qarşı tərəfin hər iki devalvasiyadan sonra ondan artıq pul və üstəlik "gecikmə” faizləri tələb etməsi müştəri hüquqlarının tapdalanmasından xəbər verir. Adıkeçən şirkətlə bağlı apardığımız araşdırma zamanı məlum oldu ki, "Kristal Abşeron” MMC-nin təsisçisi əslən Tovuzdan olan Məhayət Nəbiyevdir. Lakin şirkətdən adının çəkilməsini istəməyən şəxs bildirib ki, həmin şirkətin digər "qeyri-rəsmi” sahibi və "krışa”sı deputat Ağalar Vəliyevdir.

Ağalar Vəliyev həm də "Azəraqrartikinti”nin təsisçsidir və bu, mətbuatdan da gizlədilmir. Lakin iddialardan belə çıxır ki, A.Vəliyev öz biznesini başqa yollarla da genişləndirməkdədir. Əgər deyilənlər doğrudursa deputatın inşaat sektorunda oliqarx olaraq və həm də bu cür şərtləri ilə biznesini möhkəmlətməsi bir sıra suallar da yaradır. Samir Verdiyev öz ərizəsində xüsusi olaraq qeyd etmişdir ki, "Abşeron Kristal” MMC-dən aldığı mənzilin bina üzlüyünə tez alışan materiallardan istifadə olunub. Ağalar Vəliyevə məxsus olan şirkətləri də ölkədə bir çox binaların üzlüyünə polimetan materialından istifadə etdikləri barədə mətbuatda mütəmadi olaraq məlumatlar dərc olunub. "Kristal Abşeron” MMC-dən narazılıq edən və həm qiymət, həm də mənzilin təmir səviyyəsi baxımından aldadıldığını deyən S.Verdiyev Azərbaycan prezidenti İlham Əliyevə, daxili işlər naziri Ramil Usubova, eləcə də vergilər naziri Fazil Məmmədova şikayət məktubu yazdığını əlavə edib. O, prezidentə yazdığı məktubda xüsusilə qeyd edib ki, məhz "Kristal Abşeron” MMC kimi şirkətlər üzündən bu gün Azərbaycanda dollar ajiotajı yaşanmaqdadır.Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.xalqxeber.az/

Administratorla əlaqə

077 611-55-22

[email protected]